Ölkə futbolu
Cenk Sümer: “Azarkeşlərimiz rahat olsunlar, “Neftçi”də hamı işinə ciddi yanaşır”
“Neftçi”nin baş icraçı direktoru Cenk Sümerin Futbolxeber.az saytına müsahibəsi
- “Neftçi” Qəbələ səfərində çətin qələbə qazandı (2:0). Oyunla bağlı fikirləriniz necədir?
- 70-ci dəqiqəyə qədər işlərimiz yaxşı getmirdi. Xüsusən də meydanın mərkəzində çətinlik yaşayırdıq. Baş məşqçimiz Sessi D`Almeydaya istirahət vermişdi. Emil Səfərovla oyuna başlamağı planlaşdırırdı. Lakin o da oyuna bir gün qalmış xəstələndi və belədə planlarda dəyişiklik oldu. Bütün bunların nəticəsi olaraq komanda orta xətdə istədiyimiz kimi deyildi. Digər tərəfdən Qəbələdəki hava şəraitini də nəzərə almaq lazımdır. İlk hissədə müəyyən səhvlərimiz oldu. Fasilədən sonra Metyu və Abubakarın meydana çıxması həm mərkəzdə dinamika yaratdı, həm də hücumda istədiklərimizi edə bildik. Bu iki futbolçu “Neftçi” üçün faydalı transfer olduqlarını göstərdilər.
- Yəqin ki, Vensan Abubakar üçün bundan yaxşı debüt təsəvvür etmək bilməzdi...
- Abubakar tanıdığım futbolçudur. Bilirsiniz ki, “Beşiktaş”da da birgə işləmişik. Həqiqətən də onun üçün yaxşı başlanğıc oldu. Onun uğurlu debütu həm komandaya, həm baş məşqçiyə inam verdi. Yaxın zamanlarda daha güclü Abubakar görəcəyik. Buna inanıram.
- “Neftçi” doqquzuncu turda ikinci qələbəsini qazandı. Razısınız ki, bu, çox azdır?
- Elədir. Lakin biz mövsümün əvvəlində də demişdik, yeni komanda qururuq. Keçən illə müqayisədə heyətimiz böyük ölçüdə dəyişib. Yeni komanda qurmaq isə asan deyil. Zamanla hər şey qaydasına düşəcək. Azarkeşlər komandaya inansınlar. Növbəti turda “Kəpəz”lə oynayacağıq, hər matçı düşünməliyik. Çox istərdim ki, azarkeşlər həmin oyunda komandanı dəstəksiz qoymasınlar. Bu gün “Neftçi”nin onların dəstəyinə ehtiyacı var.
- “Sumqayıt” üzərində qələbədən sonra əksəriyyət düşündü ki, “Neftçi” “qara zolaq”dan çıxdı. Lakin növbəti tur komanda büdrədi. Necə düşünürsünüz, bu dəfə qələbənin ardı gələcək?
- Gəlməlidir. Biz də gözləyirik. Klub rəhbərliyi olaraq bunun üçün hər şeyi edirik. Azarkeşlərimiz rahat olsunlar. Klubda hamı işinə ciddi yanaşır. Bəli, mövsümün əvvəlində nəticələrimiz uğursuz oldu. Bəzi matçlarda hakim səhvləri oldu və vacib xallar itirdik. İnanıram ki, bunlar təkrarlanmayacaq, hamı səhvlərindən dərs çıxardacaq.
- Qeyd etdiyiniz kimi, klub uğur qazanmaq üçün hər şeyi edir. Bəs çatışmayan nədir?
- Dediyim kimi, heyət yeni qurulub. Futbolçular bir-birlərini yeni tanıyırlar. Uyğunlaşmada çətinlik olur. Legioner üçün də asan deyil, yeni ölkə, yeni klub, yeni komanda yoldaşları. Futbol nəticə oyunudur. 8 turda 6 heç-heçə normal deyil. “Qəbələ” ilə görüşdə ikinci qələbəmizi qazandıq. Rəqibin də haqqını vermək lazımdır. “Qəbələ” yaxşı komandadır. Zamanla daha da güclü olacaqlar. Onlara da işlərində uğurlar arzulayıram.
- Mövsümün startındakı nəticələr “Neftçi”ni hədəflərindən uzaq salmayıb?
- Hədəf hər zaman çempionluqdur. Bunu düşünmədən işə başlaya bilmərik. Digər tərəfdən isə yeni komandanın uğur qazanması asan olmur. “Neftçi”nin adı var. “Neftçi”nin yeri Avropadır. Həm də biz təkcə bu mövsümü düşünmürük. Etdiyimiz transferlər yalnız bu mövsüm üçün nəzərdə tutulmayıb. Müəyyən addımları növbəti mövsümü düşünərək atmışıq. Komanda ritmə düşəcək. Çempionatda sona qədər mübarizə apacağıq. Hədəfimiz həm də kubokda qazanmaqdır.
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
- Millimiz Vyetnama məğlub oldu
-
12:18
“Zirə” və “Qarabağ”ın legionlerləri səfərdə sevindi
-
11:56
Sefas və komandası səfər qolunun “qurban”ı oldu
-
11:39
“Turan Tovuz”un qapıçısı finalda uduzdu
-
11:03
Kaşuk Gürcüstana qarşı oynadı
-
10:45
U-20 millimiz İraqla bərabərə qaldı VİDEO
-
10:22
Avro-2028: Millimiz 5-ci səbətdə
-
09:54
“Zirə”nin müdafiəçisi millidə zədələndi
-
09:31
Futzal millimizdə xaos: məşqçi inzibatçı maaşı alır
-
09:17
"Qarabağ"ın qapıçısı Rumıniya üzərində qələbəyə sevindi
-
09:00
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”da çempion ola bilmədi
-
22:49
Rui Jorje: “Komandanın hazırkı vəziyyəti məni qane edir”
-
21:35
U-20 millisi İraqla heç-heçə etdi
-
21:12
U-19 Farer adalarını 2 qolla üstələdi
-
19:54
Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb
-
19:00
U-21 Omanı yenə məğlub etdi
-
18:27
“Dinamo”dan çətin qələbə
-
17:41
“Araz-Naxçıvan”ın legioneri zədəsini bərpa edib
-
16:53
Qadın güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib
-
16:38
I Liqada 9-cu turun oyun cədvəli açıqlandı
-
16:16
Azərbaycan futbolunda növbəti biabırçılıq: hakimlər və nümayəndə oyuna gecikdi - ÖZƏL
-
16:09
U-17 millimiz qrupda sonuncu oldu
-
15:25
Faiq Qarayev milli üzvləri ilə görüşüb
-
14:52
"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün seminar FOTOLENT
-
14:34
Dünya çempionu vəfat edib
-
14:17
Dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək
-
13:41
Adil Şükürov Gürcüstanda işgüzar səfərdə olub
-
13:00
Gəncədə "Qarabağ"la oyuna böyük maraq
-
12:28
"Bu görüşlər gələcəkdə yeni əməkdaşlıqlar üçün imkanlar yaradacaq”
-
11:53
“Neftçi” Qadınlar Super Liqasında: 5 oyun, 5 qələbə
-
11:36
Almaniya Niderlandı darmadağın etdi VİDEO
-
11:09
Zöhrab Gözəlbəyli Çelenc Kubokunun oyununa təyinat alıb
-
10:45
Verib müsahibə, deyib düşmüşük dibə
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Millimizin qələbəsi VİDEO
-
09:31
“Turan Tovuz”un müdafiəçisi yığmada növbəti oyununa çıxdı
-
09:17
“Sumqayıt”ın oyununun biletləri satışda
-
09:00
“Neftçi”nin legioneri millidə qələbəyə sevindi
-
23:49
Millimiz Andorraya qalib gəldi
-
23:36
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib FOTOLENT
-
20:15
İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
-
20:01
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
-
19:44
Zavarovun komanda yoldaşı, Banişevskinin sevimlisi
-
18:00
"Neftçi"nin qadın komandaları üçün antidopinq seminarı təşkil olunub
-
17:37
Milli Paralimpiya Komitəsinin nümayəndələri Qazaxıstanda təcrübə mübadiləsi aparıblar
-
17:13
Karateçilərimiz beynəlxalq turnirdə 23 medal qazanıblar
-
16:58
Güləş İrsi və İcması Komitəsinin növbəti iclası baş tutub
-
16:26
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ərəfəsində yolların vəziyyəti müzakirə olunub
-
16:09
Azərbaycan millisi Dünya Kubokunda 14-cü yeri tutub
-
15:42
“Neftçi” veteran futbolçularını təbrik etdi FOTOLENT
-
15:15
Benziyanın yeni klubu müəyyənləşdi
18.11.2026
17.11.2026
16.11.2026
























