Ölkə futbolu
Möhtəşəm Olimpiya Stadionumuz...YAZI
GÖRÜNMƏMİŞ ARDICILLIQ
Azərbaycan ardıcıl 2-ci mövsüm avrokuboklarda eyni komandalarla təmsil olunacaq. Bu, ötən il olduğu kimi Çempionlar Liqasında (ÇL) “Qarabağ”, Avropa Liqasında “İnter”, “Qəbələ” və “Neftçi”dir. İlk 3 komanda Azərbaycan Premyer Liqasında dalbadal 2-ci il müvafiq olaraq qızıl, gümüş və bürünc medalçıları olub. “Neftçi” isə bu dəfə çempionun finalçısı kimi kubokdan Avroliqaya vəsiqə qazanıb. 1992-ci ildən keçirilən milli çempionatlarımız tarixində indiyədək heç vaxt belə olmamışdı ki, mükafatçılar ardıcıl 2 mövsüm eyni komandalar olsun. İkisi eyni olsa da, biri mütləq fərqlənib. 1994-cü ildən təmsil olunduğumuz avrokuboklarda dalbadal 2 mövsüm eyni iştirakçılarla çıxış etməyimiz də olmayıb. Bu yerdə onu bildirim ki, dördlükdən ötən il ən çox irəliləyən “Qarabağ”dır. Mübarizəyə başladığı ÇL-dən kənarlaşdırıldıqdan sonra mübarizəni Avroliqada davam etdirməli olan Qurban Qurbanovun yetirmələri qrupa düşdü və 1/16 finala çıxmağı haqq etdi. Sadəcə, son turda Milan “İnter”iylə ev oyununun son saniyələrində “Qarabağ”ın vurduğu təmiz qol və qazanılan qələbə çexiyalı hakim Miroslav Zelinkanın qərəzli qərarı üzündən əlindən alındı. “Qəbələ” ötən il mübarizəni I, “İnter” II təsnifat, “Neftçi” isə pley-off mərhələsində dayandırdı.
QURBAN QURBANOVLA ROMAN QRIQORÇUKUN ÜSTÜNLÜYÜ
Dördlükdə “Qarabağ”la yanaşı, baş məşqçisi də fərqlənir. Belə ki, ötən mövsümkü avrokuboklar çalışdırcılardan yalnız 43 yaşlı Qurban Qurbanov komandasında qalıb. Zaur Svanadze, Roman Qriqorçuk və Samir Aliyev Azərbaycan klublarıyla avrokuboklara debütlərinə hazırlaşdıqları bir vaxtda, Qurbanov 7-ci mövsümünün startını gözləyir. Onun da futbolçu vaxtında Əliyev kimi avrokuboklarda oyunları az olmasa da, keçmiş hücumçu qol vura bilməyib. Qurbanovun məşqçi kimi avrokuboklarda siftəsi isə həmin vaxt rəhbərliyi altında oynayan Samirin fərqləndiyi 2007-ci ildə Avstriyanın “Rid” klubuyla matç olub. Bundan sonrakı 5 mövsüm isə “Qarabağ”la bağlıdır. Onlardan 3-də mübarizə pley-offa, 1-də III təsnifat, 1-də isə qrup mərhələsinin sonuna kimi sürüb.
“Qəbələ” bu dəfə Avroliqaya Roman Qriqorçukun rəhbərliyi altında çıxacaq. 50 yaşlı ukraynalı mütəxəssis “qırmızı-qaralar” rəsmi debütü bu turnirdə olmuş rumıniyalı həmkarı Dorinel Muntyanunu əvəzləyib. Qriqorçuk Azərbaycanın növbəti mövsümdə avrokuboklardakı baş məşqçiləri arasında ən uğurlu nəticənin olmasıyla öyünə bilər. Çünki yalnız o, qitə miqyaslı turnirdə qrupdan çıxa bilib. Buna 2014/15 mövsümündə Odessa “Çernomorets”iylə nail olan Roman İosifoviç 1/16 finalda Fransanın ən güclü klublarından olan “Lion”a gərgin mübarizədə uduzub - evdə 0:0, səfərdə 0:1.
ZAUR SVANADZEYLƏ SAMİR ƏLİYEVİN YAŞ AMİLİ
“İnter”də baş məşqçi yenə gürcü olsa da, bu, Gürcüstan millisinin “sükanı arxası”na keçən Kaxaber Sxadadze yox, onun köməkçisi Zaur Svanadzedir. O, digər 3 həmkarından ən yaşlı mütəxəssis olmasıyla fərlqənir. 57 yaşlı Svanadzenin 3 ildir işlədiyi “İnter”də baş məşqçi kimi rəsmi debütü iyulun 2-də Avroliqanın I təsnifat mərhələsi matçında olacaq.
Eyni sözlər “Neftçi”nin yeni baş məşqçisi Samir Əliyevə də aiddir. O isə avrokuboklardakı çalışdırıcılarımız arasında yaşça ən kiçiyidir - 36 yaş. Göründüyü kimi, Svanadzeylə ata-oğul yerinə düşürlər. Ancaq Samir komandasının qitəmiqyaslı turnirdə ən gənc çalışdırıcısı deyil. Çünki elə Qurban Qurbanov 34 yaşında bunu gerçəkləşdirməklə rekorçudur. Əliyev ötən mövsüm “Neftçi”nin əvəzedici heyətinə rəhbərlik edirdi. Məşqçilik karyerası “ağ-qaralar”la bağlı olan gənc çalışdırıcı Böyükağa Hacıyevin vaxtında əsas komandada onun köməkçisi olub. Yeri gəlmişkən, “Neftçi” avrokuboklarda sonuncu dəfə, onu 2012-ci ildə qrupa çıxarmaqla futbolumuzda ilkə imza atan Hacıyevlə təmsil olunub.
Samirinin avrokuboklarda futbolçu kimi təcrübəsi olub. Bunu UEFA kubokunda “Xəzər Lənkəran” və “Neftçi”ylə gerçəkləşdirən keçmiş hücumçu hər ikisində qol vura bilib. Lənkəran klubunun heyətində 2005-ci ildə UEFA kubokunda Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın “Nistru” klubunun qapısına yol tapan Əliyev 2 il sonra “Neftçi”də “Rid”lə matçda fərlqənib. Maraqlıdır ki, hər 2 oyun Samirin komandasının eyni - 1:3 hesablı məğlubiyyətiylə nəticələnib.
Klublarımız arasında Avropada ən təcrübəlisi “Neftçi”dir. Belə ki, bu komanda qitəmiqyaslı turnirdə yubiley - 15-ci mövsümünə çıxacaq. “Neftçi” kimi bütün milli çempionatlarımızın iştirakçısı olan “Qarabağ” 12-ci mövsümünün startına hazırlaşır. Hər ikisin ən yüksək göstəricisi Avroliqada qrupa düşmək olub. “İnter” varisi olan “Xəzər Universiteti”ni də nəzərə alsaq, 8-ci mövsümünü keçirəcək. İkinci mövsümdür bu həyəcanı yaşayacaq “Qəbələ”nin çıxışı ardıcıl olacaq. Ardıcıllıqdan söz düşmüşkən, “Neftçi” dalbadal 5-ci mövsümə çıxmaqla öndə gedir. “İnter”də ardıcıl 4-cü, “Qarabağ”da 3-cü olacaq.
UEFA SUPERKUBOKU OYUNU TİFLİSDƏN SONRA BAKIYA VERİLƏCƏK?!
Təbii ki, klubları avrokuboklarda finala gedən yolda gərgin mübarizə, ciddi sınaqlar gözləyir. Hər mövsümün startından öncə isə iştirakçılar həlledici matçın məkanını bilirlər. Məsələn, növbəti mövsümdə ÇL-in finalı İtaliyanın Milan şəhərində məşhur “San-Siro” stadionunda, Avroliqanınkı isə İsveçrənin Bazel şəhərində “Sankt-Yakob Park” arenasında olacaq. Növbəti illərdə Azərbaycanın da belə finallardan birini qəbul etməsi böyük arzumuzdur. 68 min tamaşaçı tutumuna malik Bakı Olimpiya istifayəyə veriləndən, orada ilk Avropa Oyunlarının möhtəşəm açılış mərasimindən sonra ÇL-nın və ya Avroliqanın final oyununun keçirilməsi Avropada müzakirə obyektinə çevrilib.
Mən bu varianta real baxaraq, bir məsələyə toxunmaq istəyirəm. Məlum olduğu kimi, Bakının da ev sahibliyi edəcəyi Avro-2020-nin 4 oyunu məhz Olimpiya stadionumuzda keçiriləcək. UEFA-nın həmin məsul turnirədək möhtəşəm arenamızda hansısa bir oyunu keçirəcəyinə əminəm. Bu, həm də Avro-2020-yədək bir sınaq olacaq. ÇL və Avroliqa ilə müqayisədə UEFA Superkuboku oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi daha realdır. Hər halda, imkanları Azərbaycandan aşağı olan Gürcüstan, tamaşaçı tutumu yeni arenamızdan 2 dəfə dən aşağı olan Tiflisdəki “Dinamo” stadionu artıq bu il UEFA Superkubokunu keçirə bilirsə, niyə gələcəkdə bizdə də olmasın?
Bir şeyu unutmayaq ki, Bakı Olimpiya Stadionu təkcə Azərbaycanda yox, regionda ən böyük, ən çox tamaşaçı tutumlu idman qurğususudur. Deməli, Avropanın ən güclü komandalarının, məşhur futbolçuların Bakıya gəlməsi, “Barselona” - “Sevilya” kimi Superkubok matçlarının doğma paytaxtımızda keçirilməsi realdır və biz bu tarixi hadisəyə şahid ola bilərik.
Mehman SÜLEYMANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
21.09.2026
20.09.2026
























