5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Kurban Berdiyev: “Bilmirəm baş hakim qərarını niyə dəyişdi”

"Bütün komanda adından Zəfər Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edirəm. Oyun gözlədiyimiz kimi ağır keçdi. Qırmızı vərəqədən sonra işimiz daha da çətinləşdi. Futbolçulara təşəkkür edirəm ki, xarakter göstərdilər, əks-hücumlarda maksimum çalışdılar və yaratdığımız epizodlar kifayət qədər təhlükəli idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 11-ci turunun "Zirə" - "Turan Tovuz" (0:0) matçından sonra mətbuat konfransında Kurban Berdiyev səsləndirib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Olabe qırmızı vərəqə aldığına görə cəzalanacaq?

- Xeyr, belə bir şey olmayacaq. Başqa cür oynaya bilmir. Döyüşkən xarakteri var, hamımızın bundan xoşu gəlir. Amma ona bildirmişdim ki, ehtiyatlı ol, sarı vərəqən var.

- "Turan Tovuz"un bu mövsüm ilk heç-heçəsi idi. Aktivinizə bir xal yazdınız, yoxsa iki xal itirdiniz?

- Qırmızı vərəqədən sonra bu xal yaxşıdır.

- Sizcə, Əliyar Ağayev ilk hissədə qırmızı vərəqə qərarını dəyişməklə doğru etdi?

- Mühakimə etmək çətindir. Bilmirəm baş hakim qərarını niyə dəyişdi.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31