15 Sentyabr 2026, Çərşənbə axşamı
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Digər idman növləri

Azərbaycanın kişi boksçulardan ibarət U-23 millisi Türkiyəyə yollanıb

Azərbaycanın kişi boksçulardan ibarət U-23 millisi Türkiyəyə yollanıb.

Futbolxeber.az saytının Boks Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komanda noyabrın 17-dək təlim-məşq toplanışında olacaq.

Kastamonuda məşqçilər Yadigar Məmmədovla Elvin Məmişzadənin rəhbərliyi altında Sübhan Mamedov, Bilalhəbaşi Nəzərov (hər ikisi 50 kq), Amin Məmmədzadə (55 kq), Tağı Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadə (+90 kq) hazırlıq keçəcəklər.

Türkiyə millisi ilə birgə təşkil olunacaq növbəti toplanış U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Kastamonuda sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, U-23 Avropa çempionatı noyabrın 23-29-da Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30