14 Noyabr 2026, Şənbə
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Hidayət Heydərov İslamiadanın ikiqat qalibi oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə özbəkistanlı Şakram Əhmədovu məğlub edib.

Bununla da Heydərov İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. O, 2017-ci ildə Bakıda keçirilmiş analoji yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Bu gün tatamiyə çıxan digər cüdoçumuz Könül Əliyeva (48 kiloqram) finalda türkiyəli Tuğçe Bederə uduzaraq gümüş medalla kifayətlənib.

Aydan Vəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafat əldə ediblər.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30