8 Oktyabr 2026, Cümə axşamı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar”dan darmadağın
Millimiz FİFA reytinqində gerilədi

Xarici futbol

“Barselona” 894 gündən sonra “Nou Kamp”a qayıtdı

“Barselona” doğma stadionu “Nou Kamp”a qayıdıb.

Futbolxeber.az saytının məlumatına gör, bu, 894 gündən, təxminən 2.5 illik fasilədən sonra baş verib.

“Barselona”nın doğma stadiondakı məşqini təxminən 20 min azarkeş canlı izləyib.

Stadiona giriş biletlə olub. Klubun rəsmi fanatları hazırlıq prosesinə tamaşa etmək üçün 5, digərləri isə 10 avro ödəyiblər.  Əldə olunan gəlir xeyriyyə məqsədi ilə istifadə olunacaq.

Qeyd edək ki, “Barselona” “Nou Kamp”dakı ilk matçını noyabrın 22-də keçirəcək. Kataloniya klubu həmin gün La Liqanın 13-cü turu çərçivəsində “Atletik”i qəbul edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31