10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

“Zəfər turu”: “Şamaxı” və “Sumqayıt” qələbə qazandı

Azərbaycan Premyer Liqasında 11-ci tur start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılır. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılır.

"Zəfər turu"nun ilk oyun günündə iki matç keçirilib. Əvvəlcə "Şamaxı" öz meydanında "İmişli"yə qalib gəlib.

Digər matçda isə "Sumqayıt" səfərdə “Qəbələ”yə qalib gəlib.

Turun digər görüşləri 8 və 9 noyabr tarixlərində keçiriləcək.

Azərbaycan Premyer Liqası

XI tur

7 noyabr (cümə)

“Qəbələ” - “Sumqayıt” - 0:2

Qollar: Rüstəm Əhmədzadə, 54, Aeksandr Ramalinqom, 81

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov

Qəbələ şəhər stadionu

“Şamaxı” - “İmişli” - 1:0

Qol: Karim Rossi, 78

Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli

Şamaxı şəhər stadionu

8 noyabr (şənbə)

15:44. “Araz-Naxçıvan” - “Karvan-Yevlax”

18:44. “Zirə” - “Turan Tovuz”

9 noyabr (bazar)

15:44. “Kəpəz” - “Sabah”

18:44. “Qarabağ” - “Neftçi”

Bombardirlər: Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol, Coy-Lens Mikels ("Sabah") - 5 qol, Bassala Sambu ("Neftçi") - 4 qol








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31