12 Sentyabr 2026, Şənbə
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğkub etdi
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da

Digər idman növləri

Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Futbolxeber.az saytının ACF-yə istinadən verdiyi məlumata görə, imtahanda Qərb bölgəsindən 373 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib.

İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30