Ölkə futbolu
Azərbaycan derbisinə doğru: Futbolçular
Peşəkar Futbol Liqası "Zəfər turu" çərçivəsində keçiriləcək "Qarabağ” - “Neftçi" qarşılaşması öncəsi bu komandalarla bağlı növbəti statistikanı təqdim edib.
Futbolxeber.az saytının məlumatına görə, indiyədək 649 futbolçu ölkə çempionatında “Qarabağ” və “Neftçi”dən ən azı birinin formasını geyinib.
Onlardan 66 futbolçu Azərbaycan çempionatlarında həm “Qarabağ”, həm də “Neftçi”də çıxış edib.
Yalnız bir futbolçu – Rəşad Sadıqov ölkə çempionatlarında həm “Qarabağ”, həm “Neftçi”də 100-dən çox oyun keçirib.
Düzdür, Samir Abasov da “Qarabağ”ın futbolçusu olarkən indi baş məşqçisi olduğu “Neftçi”yə qol vurub. Amma o, çempionat deyil, kubokda fərqlənib.
8 dəfə - 7 futbolçu çempionatın eyni mövsümündə hər iki komandanın formasını geyinib: Elnur Allahverdiyev (2008/09), Namik Ələskərov (2016/17), Nazim Əliyev (1995/96), Rasim Abuşov (1993/94 və 1995/96), Rəşad Sadiqov (2008/09), Təbriz Həsənov (1992), Vadar Nuriyev (2000/01).
Eyni mövsümdə hər iki klubla derbidə oynayan ilk futbolçu - Rasim Abışov - 1993/94 mövsümündə: 16.10.1993. “Neftçi” - “Qarabağ” - 1:1 (“Neftçi”də), 03.04.1994. “Qarabağ” - “Neftçi” - 1:0 (“Qarabağ”da)
Ümumilikdə üç dəfə - Rasim Abışov 1993/94 və 1995/96 mövsümlərində, Nazim Əliyev isə 1995/96 mövsümündə hər iki komandada oynayıb.
1995/96 mövsümündə Nazim Əliyev hər iki komandanın heyətində qol vurub. 17.09.1995. “Neftçi” - “Qarabağ” - 2:2 (“Neftçi”də dubl), 06.06.1996. “Neftçi” - “Qarabağ” - 2:2 (“Qarabağ”da 1 qol)
Derbidə 466 futbolçu iştirak edib.
Maksim Medvedev derbidə ən çox oyuna çıxan futbolçudur - 50 matç. O, yalnız “Qarabağ” forması daşıyıb.
Maksim Medvedev hamıdan çox - 18 mövsümdə derbidə meydana çıxıb.
Maksim Medvedev hamıdan çox - 4184 dəqiqə derbidə oynayıb.
43 futbolçu derbidə hər iki komandanın formasını geyinib.
Hər iki klubda oynayanlar arasında Qara Qarayev hamıdan çox - 47 matç keçirib.
Ansi Aqolli legioner statuslu oyunçular arasında hamıdan çox - 28 derbidə iştirak edib. O, bütün görüşləri “Qarabağ”da keçirib.
“Neftçi”nin heyətində ən çox derbiyə çıxan Emin Mahmudovdur - 25 matç.
Qurban Qurbanov futbolçu kimi 6, baş məşqçi kimi 67 - ümumilikdə 73 derbidə iştirak edib.
“Neftçi”nin baş məşqçisi Samir Abasov kimi köməkçisi Seymur Rəhimov da derbidə hər iki komandanın, digər köməkçisi Mübariz Orucov isə “Qarabağ”ın formasını geyinib.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov kimi köməkçiləri Elçin Rəhmanov, Zaur Tağızadə və Elxan Həsənov da futbolçu vaxtı yalnız “Neftçi” ilə derbiyə çıxıb, digər köməkçi Müşfiq Hüseynov isə hər iki tərəfdə oynayıb.
Yalnız bir qapıçı hər iki komanda ilə derbidə qol buraxıb - Cahangir Həsənzadə.
Daha iki qapıçı - Rauf Mehdiyevlə Rauf Salamov derbidə hər iki qapını qorusa da, yalnız “Neftçi”də qol buraxmayıblar.
Derbidə ən çox iştirak edən qapıçı - İbrahim Şehiç (“Qarabağ”) - 16 oyun
Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) derbidə meydana çıxsa, rekord təkrarlanacaq.
Derbiyə “Neftçi” formasında ən çox çıxan qapıçı - Aqil Məmmədov - 14 oyun
Derbidə ən çox qol buraxan qapıçı - Aqil Məmmədov (“Neftçi”) - 26 top.
İndiyədək 25 qapıçı ən azı 1 oyunda qol buraxmayıb.
Fərhad Vəliyev hamıdan çox - 10 quru oyun keçirib. O, bu görüşlərə “Qarabağ” formasında çıxıb.
Hazırda “Qarabağ”ın heyətində olan Mateuş Koxalski hələ də qol buraxmayanlar arasında ən çox matç keçirib - 3 görüşdə 0 qol.
“Neftçi”nin quru oyun sayında rekordçusu Vladimir Miçoviç 6 matçda qapısını toxunulmaz saxlayıb.
İlk quru oyun komandalar arasında 4-cü duelə təsadüf edib. Camaləddin Əliyev (“Qarabağ”) 1993/94 mövsümündə qapısını toxunulmaz saxlaya bilib (03.04.1994, 1:0).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:47
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib FOTOLENT
-
18:12
Azərbaycan klubunda yeni məşqçi təyinatı
-
17:29
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
-
17:00
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
-
16:46
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
-
16:18
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
15:54
DÇ: Cüdoçularımız günü medalsız başa vurdular
-
15:37
İnfantino Monqolustanda: Ölkə prezidenti ilə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
15:01
Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir
-
14:45
“Sumqayıt”ın üzvləri ekoloji layihədə iştirak ediblər FOTOLENT
-
14:23
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
-
13:59
Azərbaycanlı hakimə UEFA-dan təyinat
-
13:32
Ukrayna klubunun baş məşqçisi: “Renat Dadaşov əsl hücumçudur”
-
13:16
İrina Zaretska Avstriyada qızıl medal qazanıb
-
13:00
Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"
-
12:28
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
12:04
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
11:47
Anastasiya Abramovanı “Tümen”i “Gəncə”yə dəyişdi
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
-
10:29
Mahir Məmmədov FIDE prezidenti ilə görüşüb
-
10:13
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
09:52
Edqar U-21 yığmasına qoşuldu
-
09:30
Dünya çempionatı: Daha dörd cüdoçusu mübarizəyə başlayır
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
05.10.2026
04.10.2026
03.10.2026
























