9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Xarici futbol

Türkiyədə 1 klub prezidenti və 17 hakim saxlanıldı

Türkiyədə mərc oyunlarında iştirakda şübhəli bilinən 1 klub prezidenti və 17 hakim saxlanılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə İstanbul Baş Prokukorluğu açıqlama yayıb.

Saxlanılanlar arasında "Eyüpspor"un prezidenti Murat Özkaya, "Kasımpaşa" klubunun sabiq sahibi Turgay Ciner və keçmiş prezidenti Mehmet Fatih Saraç da var.

Hakimlər vəzifə səlahiyyətlərindən sui-istifadə və oyunun nəticəsinə təsir etmək ittihamı ilə saxlanılıb. İstintaqa cəlb edilən 21 nəfərdən 18-i ilə bağlı qərar verilib. Onlardan ikisinin xaricdə olduğu, birinin isə ünvanında olmadığı bildirilir.

Bir neçə gün əvvəl Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu keçirdiyi mətbuat konfransında 571 aktiv hakimdən 371-nin mərc hesabının olduğunu, onlardan isə 152-nin aktiv mərc oynadığını açıqlamışdı. Daha sonra siə Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirak edən 149 hakim haqqında qərar verib. Onlar 8-12 ay aralığında hakimlikdən uzaqlaşdırılıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31