3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Basketbol

Amil Həmzəyev “Neftçi”dən ayrılıb

Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev "Neftçi" klubundan ayrılıb.

Futbolxeber.az saytının məlumatına görə, 36 yaşlı basketbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Hər gözəl hekayənin sonu olduğu kimi, mənim də "Neftçi" ilə yolum başa çatdı. Şərəflə daşıdığım, bütün varlığımı ona həsr etdiyim bu formanı böyük qürur və minnətdarlıqla iki mövsümdən sonra təhvil verirəm. İki il ərzində birlikdə sevindik, çətin günlərdən keçdik, unudulmaz xatirələr topladıq və ömürlük dostlar qazandıq. Bu ailənin bir hissəsi olmaq mənim üçün həmişə qürur mənbəyi olacaq", - A.Həmzəyev vurğulayıb.

O, "Neftçi"nin rəhbərliyinə, komanda yoldaşlarına, məşqçilərə, klubun əməkdaşlarına və azarkeşlərinə minnətdarlığını bildirib:

"Sizin dəstəyiniz, inamınız və sevginiz mənim üçün həmişə əvəzsiz olub. "Neftçi" mənim üçün sadəcə klub deyil – bu, həyatımın ən əziz xatirələrinin yazıldığı xüsusi bir yerdir. Bu klub qəlbimdə həmişəlik xüsusi yer tutacaq".

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30