2 Noyabr 2026, Bazar ertəsi
"Sumqayıt" autsayderə qarşı
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"

Digər idman növləri

Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF)və Azərbaycan İdman Akademiyasının Tələbə və könüllülərlə iş şöbəsinin birgə təşkilatçılığı ilə Respublika Velotrekində Akademiyanın tələbələri üçün maarifləndirici və idman tədbirləri keçirilib.

Futbolxeber.az saytına bu barədə AzVİF-in mətbuat xidmətindən bildirilib.

Gənclər arasında sağlam həyat tərzinin təbliği, velosiped idmanına marağın artırılması və təhlükəsiz idman mühitinin formalaşdırılması məqsədi daşıyan tədbirdə çıxış edən federasiyanın baş katibi Əli Məmmədov bu cür təşəbbüslərin gənclərin idmana cəlb olunması, onların idman infrastrukturu ilə tanışlığı və təhlükəsizlik qaydaları barədə məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb. O, AzVİF-in gənclərlə əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə layihələrin davam etdiriləcəyini bildirib.

Daha sonra AzVİF-in "Təhlükəsiz İdman" üzrə məsul şəxsi Vüsal Baloğlanov tərəfindən tələbələr üçün velosiped idmanında beynəlxalq "Təhlükəsiz İdman" çərçivəsinə həsr olunmuş maarifləndirici təlim keçirilib. Təlim zamanı idmançıların hüquqlarının qorunması, təhlükəsiz idman mühitinin təmin edilməsi və idmanda davranış qaydaları barədə məlumat verilib.

Proqram çərçivəsində təşkil olunan infotur zamanı tələbələr Respublika Velotrekində yaradılmış infrastruktur, idman qurğuları və müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.

Tədbirin idman hissəsində veloyürüş təşkil edilib və iştirakçılara sertifikatlar təqdim olunub. Həmçinin, federasiya ilə səmərəli əməkdaşlığa və tədbirin təşkilinə verdiyi töhfəyə görə Azərbaycan İdman Akademiyasının Tələbə və könüllülərlə iş şöbəsinin müdiri Nəzrin Ömərzadə AzVİF tərəfindən təşəkkürnamə ilə təltif edilib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30