8 Oktyabr 2026, Cümə axşamı
“Şahdağ Qusar”dan darmadağın
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi

Basketbol

“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”

"Sumqayıt"ın ABŞ-li basketbolçusu Teyvion Kirk komandanın hədəfləri və Azərbaycana qayıtması barədə fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, o, klubun mətbuat xidmətinə açıqlamasında yenidən Azərbaycana qayıtdığı üçün şad olduğunu bildirib:

"Bəli, yenidən Azərbaycana qayıtdım. Buna görə də çox şadam. Bu, yaxşı hissdir".

Kirk vaxtilə "Xırdalan"da birlikdə çalışdığı baş məşqçi Uğur Özdemirlə yenidən işləməyin yaxşı olduğunu qeyd edib:

"Burada tanış simalar var. Uğur Özdemirlə işləmək çox yaxşıdır. Məni yenidən Azərbaycana dəvət etdiyi üçün ona təşəkkür edirəm. Bizim bir yerdə görəcəyimiz hələ çox iş var".

Amerikalı basketbolçu Azərbaycandan kənarda olduğu müddətdə ölkə çempionatını izlədiyini də deyib:

"Ölkə xaricində olsam da, ABL-i izləyirdim. Çempionat artıq daha maraqlı və gərgin mübarizə şəraitində keçir".

Kirk "Sumqayıt"ın qarşısına qoyduğu məqsədlərdən də danışıb:

"Əsas məqsədimiz bacardığımız qədər çox oyunda qalib gəlməkdir. Əvvəlcə, pley-offun dörd ən güclü komandası sırasında yer almaq, daha sonra isə çempion olmaq istəyirik!"

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31