5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Basketbol

Emin Əmrullayev: "Azərbaycanda basketbola maraq günü-gündən artır"

“Sevindirici haldır ki, Azərbaycanda basketbola maraq günü-gündən artır”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev ölkə çempionatının finalında "Sabah"la "Xəzri" komandaları arasında keçirilən oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
 
O, hər il çempionluq yarışında gərgin mübarizənin getdiyini vurğulayıb: "Çox maraqlı və rəqabətli matç izlədik. Bu gün Azərbaycan Basketbol Liqasının qalibi olan "Sabah" komandasını təbrik edirik. İnanırıq ki, onlar Avropada da ölkəmizi layiqincə təmsil edəcəklər".
 
Federasiya prezidenti "Paris 2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycanın qadınlardan ibarət 3:3 basketbol yığmasından da bəhs edib: "Olimpiadaya vəsiqə əldə etmək özü böyük bir uğurdur. Belə nailiyyətlərin davamlı olacağını düşünürəm. Bu, millimiz üçün böyük təcrübə olacaq. Mötəbər turnirdə mübarizə aparacaq rəqiblərdən xəbərdarsınız. Hər biri güclü və iddialıdır. Mən də hər kəs kimi öz kollektivimizə azarkeşlik edəcəyəm".
 
Qeyd edək ki, "Sabah" seriyada "Xəzri"yə 3:1 hesabı ilə qalib gələrək Azərbaycan çempionu olub.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31