29 Aprel 2026, Çərşənbə
"Sumqayıt"ın yubiley qələbəsi
Millimiz Monteneqroya yollanıb
Azərbaycan boksçularından tarixi nəticə
Vernidub: “Azarkeşlərdən üzr istəyirəm”

Basketbol

Basketbol üzrə Azərbaycan çempionatının qalibi mükafatlandırılıb

Basketbol üzrə Azərbaycan çempionatında mükafatlandırma mərasimi baş tutub.
 
Futbolxeber.az saytının məlumatına görə, "Sərhədçi" İdman Mərkəzində təşkil olunan tədbirdə ardıcıl ikinci dəfə ölkə çempionluğunu təmin etmiş “Sabah” komandasına qızıl medallar və çempionluq kuboku təqdim olunub.
 
İkinci yeri tutmuş "Xəzri"yə gümüş, üçüncü yerin sahibi "NTD-İndiqo"ya isə bürünc mükafatlar verilib.
 
Mükafatları komandalara Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və ABF-nin nümayəndələri təqdim ediblər.
 
Tədbirdə həmçinin mövsümün ən yaxşıları bəlli olub. Mövsümün ən yaxşı oyunçusu "Sabah"ın basketbolçusu Şirzad Şirzadov, ən yaxşı baş məşqçisi isə "NTD-İndiqo"nun mütəxəssisi Tahir Baxşıyev seçilib.
 
Sonda “Sabah” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.
 
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30