Basketbol
“Marafon” qaçır, “Araz” qovur, bombardir dayanmır LAYİHƏ
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “FutzaL” layihəsi çərçivəsində yazılarını davam etdirir. Oktyabrın 25-də futzal üzrə ölkə çempionatında dördüncü turun oyunları keçirildi. “Ekol”un istirahət etdiyi tur liderlər - “Marafon” və “Araz”ın qələbə seriyasının uzanması ilə yadda qaldı. Bu 2 komanda kimi çempionatın bombardiri Renat Sultanov da uğurlu çıxışını davam etdirir.
“Ekol”un istirahət etdiyi dördüncü turun oyunları Bakı İdman Sarayında keçirildi. 3 oyunda qapılara 25 qol vuruldu ki, bu da hər oyuna orta hesabla 8,33 qol deməkdir. Vurulan toplardan 15-i yerlilərin, 10-u isə əcnəbilərin payına düşüb. “Marafon”dan Rasif Səfiyarov, “Araz”dan Maykon da Silva və Teles Thaqo, “Neftçi”dən Tural Qurbanov və Rüfət Balakişiyev, eləcə də “Xəmsə”dən Samir Əmirov dublla yadda qalıblar. Digər 13 qolu isə eyni sayda müxtəlif oyunçu vurub.
Turun açılış matçı - “Marafon” - “Yasamal” görüşü həm də kobudluqla yadda qalıb. Belə ki, Yusif Nurullayev, Ramil Namazov və Anar Fərəcovun idarə etdiyi matçda 6 oyunçu sarı vərəqə ilə cəzalanıb.
“MARAFON”: 4-DƏ 4 ETDİ
İlk 3 turda xal itirməyən “Marafon” bunadək cəmi 1 qələbəsi olan “Yasamal”la matçın favoriti idi. İlk dəqiqələrdən Elşad Quliyevin komandası üstünlüyə yiyələnsə də, xeyli müddət “Yasamal”ın qapısına yol tapmaq mümkün olmurdu. Yalnız 14-cü dəqiqədə Omid Talebi “Marafon”un üstünlüyünü qola çevirdi. Bundan sonra daha rahat oynayan “Marafon”çular hissənin sonuna qədər daha 2 dəfə fərqləndilər. Görüşün son 10 dəqiqəsi də maraqlı alındı. Əvvəlcə “Yasamal” 2 qol vurmaqla intriqanı bərpa etdi. Amma sona 79 saniyə qalmış “Marafon” daha 2 qol vurmaqla “Yasamal”ı 5:2 hesabı ilə məğlub etməklə ardıcıl dördüncü qələbəsini qazandı.
ÇEMPİONDAN 6 QOLLU QƏLƏBƏ
Turun ikinci matçında bir neçə gün əvvəl UEFA Kuboku oyunları çərçivəsində Rumıniyadan uğursuzluqla dönən “Araz” “FK.İD.Futsal”la üz-üzə gəlirdi. Son çempion debütantla matça fəal başladı. Bunun nəticəsidir ki, start fitindən 106 saniyə sonra “Araz” hesabda önə keçdi. Rumıniyada komandasının bombardiri olan Maikinyo Naxçıvan təmsilçisini hesabda önə keçirdi. Rəqibindən aşkar üstün görünən Joze Alesionun komandası 12 dəqiqənin tamamında artıq hesabı 4:0 çatdırmışdı. Bundan sonra Naxçıvan klubu nisbətən sakitləşdi. Bunun nəticəsidir ki, ikinci hissədə Bakı İdman Sarayına toplaşan azsaylı tamaşaçılar bərabər səviyyəli oyuna şahidlik etdilər. Amma yenə də ərazi üstünlüyünü əldən verməyən “Araz” yekunda 6:1 hesablı qələbəyə sevindi.
“NEFTÇİ” FASİLƏDƏN SONRA AYILDI
Günün sonra matçında “Neftçi” “Xəmsə” ilə qarşılaşırdı. Bunadək çempionatın yeganə xalsız komandası olan “Xəmsə” güclü rəqibi ilə oyuna yaxşı başladı. 9 dəqiqənin tamamında Samir Əmirovun dublu “Xəmsə”nin 2:0-lıq üstünlüyünü ortaya qoymuşdu. Amma ikinci hissədə oyunun ssenarisi dəyişdi. Fasilədən sonra daha yaxşı təsir bağışlayan “Neftçi” xüsusən də Tural Qurbanov və kapitan Rüfət Balakişiyevin inamlı oyunu ilə üstünlüyü ələ aldı. Ard-arda qolları sıralayan “Neftçi” yekunda 7:4 hesablı qələbə qazanmaqla 3-cü oyunundan sonra xallarının sayını 6-ya çatdırdı. Məhsuldar qələbə sayəsində “Neftçi” həm də çempionatda “Marafon”dan sonra ən çox qol vuran komandadır. “Xəmsə” isə 3 oyundan sonra xalsız qalmağa davam edir.
ALESSİODAN QƏLƏBƏ ŞƏRHİ
Ardıcıl üçüncü qələbəsini qazanan “Araz”ın baş məşqçisi Joze Alesio “FK.İD.Futsal”la görüşdən sonra komandasının qələbəsini belə şərh etdi: “Yaxşı, nizam-intizamlı oyun göstərdik. Qarşılaşmadan əvvəl komandada əhval-ruhiyyə yaxşı deyildi. Bildiyiniz kimi, UEFA Kubokunda Elit Raunddan kənarda qaldıq. Hamı mərhələ adlamağımızı istəyirdi. Təəssüf ki, bunu bacarmadıq. Bu da uşaqlara mənfi təsir etmişdi. Odur ki, bu oyuna komandanı kökləmək çətin idi. Bununla belə, əlimizdən gələni etdik. Gözəl oyunla qələbə qazandıq. Bu gün nəhayət ki, komandadan razı qaldım. Uşaqlar əllərindən gələni etdilər. Bizim məqsədimiz hər zaman maksimum nəticə göstərməkdir”.
RENAT SULTANOV: “BOMBARDİRLİYƏ İDDİA ETMİRƏM”
Debütant olmasına baxmayaraq, “Marafon” hazırda çempionatın lideridir. Komandanın kapitanı Renat Sultanov isə 4 oyunda vurduğu 7 qolla çempionatın bombardiridir. Sultanov söhbətimizə əvvəlcə son turdakı qələbədəni şərh etməklə başladı: “Yasamal”la oyun çətin olacağını əvvəldən bilirdik. Çünki 3 gün qabaq “Ekol”la ağır oyun keçirmişdik. Hardasa gücümüzün 80-90 faizini həmin oyunda itirmişdik. Bu səbəbdən də həm güc və oyun baxımından “Yasamal”la matçın çətin olacağını gözləyirdik. Görüşə yaxşı başladıq, ilk hissədə 3 qol vurduq. Lakin fasilədən sonra yorğunluq özünü göstərdi. Rəqib hesab arasındakı fərqi minimuma endirdi. Amma çox şükür ki, sonda toparlandıq və daha 2 qol vurmaqla qələbə qazandıq. Komandamızı, rəhbərliyi bu qələbə münasibəti ilə təbrik edirəm. “Yasamal”a da uğurlar arzulayıram. Onlar da layiqli mübarizə apardılar”.
Hazırda bombardilər yarışına başçılıq etməsinə baxmayaraq, Renal Sultanov bildirib ki, çempionatın ən sərrast oyunçusu olmaq iddiasında deyil: “Bombardir olmağa iddia etmirəm. Qarşıma belə bir hədəf qoymamışam. İmkan olmadığı qədər çalışıram oyunlar zaman komanda yoldaşlarıma ötürmə verim. İmkan olanda özüm də qapopıya zərbə endirirəm. Qismət elə gətirib ki, hazırda hamıdan çox qol vurmuşam”.
“MARAFON” 1 İLLİK KOMANDA DEYİL”
Renat Sultanov bildirib ki, bu mövsüm futzal üzrə ölkə çempionatının səviyyəsi ötən illərə baxanda yüksəlib: “Əvvəlki illərə baxanda indi çempionatın səviyyəsi yaxşıdı. 2 debütant komanda olsa da, komandalardan heç biri digərindən çəkinmir. Biz birinci diviziondan yüksək liqaya bu il çıxsaq da, hazırda birinci pillədə qərarlaşmışıq. İndi əvvəlki kimi oyunların nəticələri əvvəldən bilinmir. Hətta “Araz”ın belə, qələbəsini əvvəldən proqnozlaşdırmaq mümkün deyil. Heç kim onlardan çəkinmir. Baxmayaraq, çempionatın əsas favoriti məhz “Araz”dır. Növbəti turda bizi onlarla ağır oyun gözləyir. Rəqib kifayət qədər təcrübəlidir. Heyətlərində həm təcrübəli yerli oyunçular, həm də yüksək səviyyəli legionerlər var. Bununla belə, biz də meydana qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, qələbə seriyamızı davam etdirəm”.
Renat Sultanov vurğulayıb ki, əsas hədəfləri çempionluq deyil: “Məqsədimiz yaxşı mübarizə aparıb, maksimum nəticə qazanmaqdır. Bu, yüksək liqada birinci ilimizdir. Rəhbərlik də qarşımıza böyük məqsəd qoymayıb. Amma oynayırıqsa, məqsədimiz də var. Heç bir komandadan geri qalmamağa çalışırıq. İnanıram ki, mümkün olduğu qədər maksimum xal yığıb ilk “üçlüy”ə düşəcəyik”. “Marafon” 1 illik komanda deyil. Rəhbərlik də komandanın pillə-pillə inkişaf etməsini istəyir. Tələsik, ilk ildəcə çempionluq uğrunda mübarizə aparmaq, belə strategiya düzgün deyil. Reallıq var. “Araz” təcrübəlididir və onlar çemponatın əsas iddialı komandasıdırlar. Hər oyundan oyuna istək artır. Qələbələrimizin ardı gəlsə, biz də çempionluğa can atacağıq. Heç kim bilmir mövsümün sonunda nə olacaq. Hələ qarşıda 20 oyun var”.
“Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
21:24
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
09.10.2026
08.10.2026
07.10.2026
























