9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Ölkə futbolu

AMADA "Kəpəz" üçün seminar keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən "Kəpəz" klubunda seminar təşkil olunub.

Futbolxeber.az saytının məlumatına görə, maarifləndirici xarakter daşıyan seminara "Kəpəz" Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandasının, eləcə də məşqçi və texniki heyətinin üzvləri qatılıblar.

AMADA-nın nümayəndəsi dopinq istifadəsinin insan sağlamlığına vurduğu zərərlər, idmançı karyerasını ciddi risklər altında qoyduğunu nəzərə çatdırıb. O, iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və vəzifələri, antidopinq qayda pozuntuları barədə danışıb. 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəxalq standartlardakı yeniliklər barədə ətraflı məlumat verilib.

"Kəpəz"in məşqçiləri və yeniyetmə futbolçuları onları maraqlandıran sualları səsləndiriblər, antidopinq biliklərinin artırılması üçün zəruri məlumatları öyrəniblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31