9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

29 illik məhsuldarlıq rekordu təkrarlanıb

Azərbaycan Kubokunun I təsnifat mərhələsində 29 illik məhsuldarlıq rekordu təkrarlanıb.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, baş tutan 6 qarşılaşmada 36 qol vurulub.

"Qaradağ Lökbatan" - "Şəki" (12:0) matçında 12, "Ağdaş" - "Hypers" (1:6) qarşılaşmasında 7, "Şəmkir" - "Ağstafa Gəncləri" (1:5) oyununda 6, "Şirvan" - "Kür-Araz" (1:3) və "Difai" - "Zəngəzur" (1:3) görüşlərinin hər birində 4, "Marafon" - "Dinamo" (3:0) qarşılaşmasında isə 3 qol vurulub.

Mərhələnin 6 görüşündə orta məhsuldarlıq 6,00-a bərabər olub.

Qeyd edək ki, bu, Azərbaycan Kuboku tarixinin rekordunun təkrarıdır. 1997/1998 mövsümündə 1/16 finalın baş tutan 19 görüşündə 114 qol vurulub və məhsuldarlıq 6,00-ya bərabər olub. Həmin rekord 29 ildən sonra təkrarlanıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31