7 Oktyabr 2026, Çərşənbə
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?
Millimiz Litvanı tək qolla məğlub etdi

Digər idman növləri

Dünya çempionatı: Bu gün daha 4 cüdoçumuz tatamiyə çıxacaq

Daha dörd cüdoçumuz Bakıda keçirilən dünya çempionatında mübarizəyə start verəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu gün Hanna Zaytseva (63 kq), Vüsal Qələndərzadə, Zelim Tçkayev və Ömər Rəcəbli (hamısı 81 kq) tatamiyə çıxacaqlar.

H.Zaytseva 1/16 finalda Pey Çun Yuan (Çin Taypeyi) - Anna Kriza (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

V.Qələndərzadə 1/32 finalda Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.

Z.Tçkayev 1/16 finalda Timoti Meuvsen (Cənubi Afrika Respublikası) - Viktor Sterpu (Moldova), Ö.Rəcəbli Sibqatullah Arab (IRT) - Mahamadu Dukara (Mali) duelinin güclüsü ilə görüşəcək.

Təsnifat mərhələsinə saat 10:30-da start veriləcək. Final bloku isə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31