8 Oktyabr 2026, Cümə axşamı
“Şahdağ Qusar”dan darmadağın
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi

Xarici futbol

İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır

İspaniya millisi və "Mançester Siti"nin sabiq futbolçusu David Silva karyerasını bərpa edir.

Futbolxeber.az saytının məlumatına görə, 40 yaşlı yarımmüdafiəçi Honq Konq çempionatında çıxış edən “Şatin” klubu ilə qısamüddətli müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Silva əvvəlcə komandanın heyətində bir matçda iştirak edəcək. Bundan sonra onun klubda çıxışını davam etdirib-etdirməyəcəyi ilə bağlı qərar veriləcək.

Futbolçu tibbi müayinədən keçdikdən sonra oktyabrın ortalarında Honq Konqa yollanacaq.

Qeyd edək ki, Silva 2023-cü ildə çarpaz bağlarının qopmasından sonra futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.

O, İspaniya millisinin heyətində dünya çempionu və ikiqat Avropa çempionu olub. “Mançester Siti” ilə 4 dəfə İngiltərə çempionluğu, 5 Liqa kuboku, 2 İngiltərə kuboku və 3 İngiltərə Superkuboku qazanıb. Həmçinin “Valensiya” və “Real Sosyedad”ın heyətində İspaniya kubokunu bir dəfə əldə edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31