9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Digər idman növləri

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOC) 46-cı Seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Olimpiya Həmrəyliyi Forumu öz işinə başlayıb.

Futbolxeber.az saytına Milli Olimpiya Komitəsindən (MOK) bildirilib ki, forumda ölkəmizi MOK-un baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.

Forumun ilk günü 46-cı Avropa Olimpiya Komitələrinin (AOK) seminarı və Olimpiya Həmrəyliyi Forumunun rəsmi açılış mərasimi ilə başlayıb. Tədbirdə Xorvatiya Olimpiya Komitəsinin prezidenti Yosip Varvodiç, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və Xorvatiyanın Turizm və İdman Nazirliyinin dövlət katibi Yosip Paviç çıxış ediblər.

Forumda 11-ci Avropanın ən yaxşı gənc idmançısı üçün nəzərdə tutulan “Pyotr Nurovski” mükafatının təqdimat mərasimi keçirilib. Forum çərçivəsində 2027-ci il Qış və Yay Avropa Gənclər Olimpiya Festivalları, İstanbulda keçiriləcək IV Avropa Oyunları və “Los-Anceles-2028” Yay Olimpiya Oyunları üzrə müzakirələr aparılacaq, plenar iclaslar və birgə işçi sessiyaları keçiriləcək.

AOC-un forumu Avropanın gənc idmançılarına dəstək vermək, Olimpiya dəyərlərinin təbliği və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli rol oynayır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31