8 Oktyabr 2026, Cümə axşamı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar”dan darmadağın
Millimiz FİFA reytinqində gerilədi

Digər idman növləri

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Oktyabrın 9-dan 10-dək Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 46-cı Seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Forumu keçiriləcək.

Futbolxeber.az saytına Milli Olimpiya Komitəsindən (MOK) bildirilib ki, forumda Azərbaycanı MOK-un baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edəcəklər.

Tədbir regional və beynəlxalq idman strukturunun gücləndirilməsi, həmçinin qarşıdan gələn mühüm idman yarışlarına hazırlıq məsələlərinə həsr olunacaq. Seminar və forum çərçivəsində əsas istiqamətlər üzrə plenar iclaslar və işçi sessiyaları keçiriləcək. Forumda 11-ci Qış "Pyotr Nurovski" mükafatı üzrə Avropanın ən yaxşı gənc idmançısının seçilməsi və mükafatlandırılması mərasimi təşkil ediləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31