9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Xarici futbol

Dünyanın ən çox maaş alan məşqçisi oldu

"Arsenal”ın baş məşqçisi Mikel Arteta dünyanın ən çox maaş alan futbol məşqçilərinin siyahısında birinci yerə yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “La Vanguardia” nəşri yazıb.

İspaniyalı mütəxəssis yeni müqaviləyə əsasən, ildə təxminən 26 milyon avro qazanacaq. Onun əvvəlki illik maaşı 17,3 milyon avro təşkil edirdi.

Reytinqdə ikinci yeri Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş məşqçisi Simone İnzaqi tutur. Onun illik gəliri 25,7 milyon avrodur. İlk üçlüyü isə ildə 23,2 milyon avro qazanan “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone tamamlayır.

Qeyd edək ki, Artetanın “Arsenal”la yeni müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub. O, 2019-cu ilin dekabrından London klubuna rəhbərlik edir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31