9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Digər idman növləri

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Parisdə keçirilən parataekvondo üzrə Qran-Pri yarışında ölkəmizi təmsil edən idmançılardan Sabir Zeynalov gümüş medalın sahibi olub.

Futbolxeber.az saytına Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan parataekvondoçumuz turnirin final görüşündə İsrail təmsilçisi Asaf Yasuru ilə qarşılaşıb. Həlledici döyüşdə rəqibinə məğlub olan Sabir Zeynalov yarışın gümüş medalına yiyələnib.

Qeyd edək ki, ən reytinqli idmançıların qatıldığı Paris Qran-Prisində Azərbaycan milli komandası baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında 3 parataekvondoçu – İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq) və Amin Əliyev (63 kq) ilə təmsil olunur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31