8 Oktyabr 2026, Cümə axşamı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar”dan darmadağın
Millimiz FİFA reytinqində gerilədi

Digər idman növləri

Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb

Azərbaycan Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb.

Futbolxeber.az saytına Cüdo Federasiyasından bildirilib ki, ekspozisiyada mundialın açılış mərasimində yer almış, Azərbaycan xalçaçılıq ənənələrindən ilhamlanaraq hazırlanmış səkkiz səhnə geyimi və onların yaradılmasına əsas verən tarixi xalçalar təqdim olunub.

Dizayner Ləman Süleymanovanın yaradıcı yanaşması ilə Azərbaycan xalçalarına xas ornament və rənglər müasir səhnə geyimlərində yeni ifadə qazanıb. Tarixi xalça nümunələri ilə onlardan ilhamlanaraq hazırlanan geyimlərin birgə nümayişi milli irslə müasir səhnə sənəti arasındakı əlaqəni əks etdirib.

Sərginin əsas məqsədlərindən biri Azərbaycan cüdosunu yalnız idman nailiyyətləri ilə deyil, ölkənin mədəni həyatının bir parçası kimi təqdim etməkdir. Dünya çempionatının açılış mərasimi üçün xüsusi hazırlanmış və milli-mədəni irsimizi əks etdirən səhnə geyimləri Azərbaycan Cüdo Federasiyası tərəfindən Milli Xalça Muzeyinə hədiyyə edilib. Bununla dünya çempionatı günlərində beynəlxalq auditoriyaya təqdim olunan mədəni irsin bir hissəsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması nəzərdə tutulur.

Ekspozisiya oktyabrın 11-dək hər gün saat 10:00-dan 18:00-dək Azərbaycan Milli Xalça Muzeyinin sərgi salonunda ziyarətçilər üçün açıq olacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31