12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Digər idman növləri

ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib

Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə gənc qızlardan ibarət Azərbaycan milli komandasının üzvləri üçün antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.

Futbolxeber.az saytına bu barədə ACF-nin mətbuat xidmətindən məlumat verilib.

Təlimin əsas məqsədi idmançılar arasında təmiz və ədalətli idman prinsiplərinin təşviqi, dopinqin sağlamlığa və idman karyerasına mümkün təsirləri barədə məlumatlılığın artırılması olub.

Seminar zamanı beynəlxalq yarışlarda qüvvədə olan antidopinq qaydaları, qadağan olunmuş maddələr və üsullar, bəzi dərman vasitələrinin tərkibində dopinq nəzarəti baxımından risk yarada biləcək komponentlərin mövcudluğu barədə iştirakçılara ətraflı məlumat verilib.

Eyni zamanda, idmançıların qəbul etdikləri dərman və preparatlarla bağlı diqqətli olmalarının vacibliyi, bu məsələdə həkim, məşqçi və idmançı arasında düzgün və davamlı kommunikasiya qurulmasının əhəmiyyəti vurğulanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30