11 Noyabr 2026, Çərşənbə
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Xarici futbol

21 ildən sonra “Latsio”nu tərk edəcək

Danilo Kataldi mövsümün sonunda “Latsio”dan gedəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə tanınmış insayder Nikolo Skira paylaşım edib. Onun sözlərinə görə, klub rəhbərliyi 33 yaşlı futbolçu ilə yeni müqavilə imzalamamaq qərarına gəlib. Yarımmüdafiəçinin sözləşməsi 2027-ci ilin iyununda başa çatır.

Bununla da, Kataldinin 21 illik “Latsio” məcarası yayda başa çatacaq. O, Roma klubuna 2006-cı ildə qoşulub. 7 il aşağı yaş qrupları üzrə kollektivlərdə çıxış etdikdən sonra 2013-cü ildə futbolçu, əsas komanda ilə peşəkar müqavilə imzalayıb.

Geridə qalan illər ərzində Kataldi “Krotone”, “Cenoa”, “Benevento” və “Fiorentina”da icarə əsasında çıxış edib.

İtaliyalı yarımmüdafiəçi “Latsio”nun əsas komandasında 191 matça meydana çıxıb və 7 qol vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30