27 Oktyabr 2026, Çərşənbə axşamı
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Xarici futbol

Sergey Yuranın yeni iş yeri müəyyənləşdi

Tanınmış rusiyalı mütəxəssis Sergey Yuranın yeni iş yeri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, 57 yaşlı mütəxəssis “Ural”ın baş məşqçisi təyin olunub.

O, bu postda Vasili Berezutskini əvəzləyib. Bu haqda Rusiya klubunun teleqram kanalı paylaşım edib.

Tərəflər arasında imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb. Lakin o məlumdur ki, Yuranın qarşısına Yekaterinburq klubunu Premyer Liqaya yüksəltmək tapşırığı qoyulub.

Son mövsümdə “Ural” Rusiya birinci liqasını üçüncü yerdə başa vuraraq pley-offa vəsiqə qazanıb. Lakin burada Mahaçqala “Dinamo”suna uduzan komanda Premyer Liqaya yüksələ bilməyib.

Qeyd edək ki, həm Sergey Yuran, həm də Vasili Berezutski daha əvvəl Azərbaycanda işləyiblər. Yuran “Simurq”u, Berezutski isə “Sabah”ı çalışdırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31