26 Oktyabr 2026, Bazar ertəsi
Samuel Eto`O Bakıya gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Digər idman növləri

Dünya çempionatı: Nihat Məmmədli finalda, Həsrət Cəfərov uduzdu

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri növbəti görüşlərini keçiriblər.

Futbolxeber.az saytının məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli 1/8 finalda norveçli Morten Toreseni tam üstünlüklə (11:0) məğlub edərək 1/4 finala yüksəlib. Nihat bu mərhələdə Qətər təmsilçisi Aref Mohammadidən üstün olub. O, yarımfinalda Sergey Yemelini (Rusiya) üstələyib. N.Məmmədli qızıl medal uğrunda qarşılaşmada Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov 1/8 finalda Aleksandr Xryuşini (Ukrayna) 7:1 hesabı ilə məğlub edib. Cəfərov 1/4 finalda Han Jae Chungdan (Cənubi Koreya) üstün olub.  O, yarımfinalda Səid Esmaeiliyə (İran) yenilib. Həsrət sabah üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

87 kq-da mübarizə aparan İslam Abbasov isə 1/8 finalda bolqarıstanlı Olimpiya çempionu Semyon Novikova 5:6 hesabı ilə uduzaraq dünya çempionatında çıxışını başa vurub.

Qeyd edək ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31