Digər idman növləri
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Futbolxeber.az saytına bu barədə qurumdan məlumat verilib.
İclası giriş sözü ilə açan federasiya prezidenti Zaur Axundov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edərək, Azərbaycan Velosiped İdmanı Federasiyasının yeni tərkibinin seçilməsindən ötən dövr ərzində qurum tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr haqqında çıxış etmək üçün sözü federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərova verib.
Sahib Ələkbərov bildirib ki, 2025-ci ilin mayından etibarən federasiyasının yeni rəhbərliyi onun qarşısında qoyulmuş əsas vəzifənin – ölkədə velosiped idmanının COVİD-19-dan əvvəlki səviyyəsinin bərpa olunmasına yönəldib. Bu məqsədlə İcraiyyə Komitəsinin 4 iyun 2025-ci il tarixdə keçirilmiş iclasında təsdiq edilmiş Azərbaycan Velosiped İdmanı Federasiyasının 2025-2028-ci illər üçün İnkişaf Strategiyasının əsas istiqamətlərinə uyğun olaraq federasiyanın maddi-texniki bazası bərpa edilib, trekin baxımsızlıq üzündən dağılmış beton örtüyü, tamaşaçılar üçün nəzərdə tutulmuş tribuna, velotrekdəki mini-futbol meydançası, qazanxana, federasiyanın balansında olan avtomobillərin istifadəsi mümkün olan hissəsi təmir olunaraq işlək vəziyyətə gətirilib.
Federasiyanın birinci vitse-prezidenti hesabat dövründə təşkil olunan yarışlar və beynəlxalq tədbirlər barədə də danışıb. O, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının yüksək səviyyədə təşkil olunduğunu, yarışın həm təşkilati baxımdan, həm də beynəlxalq idman ictimaiyyətində yaratdığı müsbət təəssüratlarla diqqət çəkdiyini vurğulayıb və bildirib ki, yarış Azərbaycanın velosiped idmanı sahəsində beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, ölkənin idman potensialının tanıdılmasına və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verib.
Sahib Ələkbərov qarşıdakı dövrdə federasiyanın əsas prioritetləri sırasında regionlarda fəaliyyətin daha da gücləndirilməsi, uşaq və yeniyetmələrin velosiped idmanına marağının artırılması, yeni bölmələrin yaradılması və beynəlxalq yarışlarda idmançıların rəqabət qabiliyyətinin yüksəldilməsinin yer aldığını bildirib.
Yeni velosipedlər və yarışların təşkili üçün zəruri olan avadanlıqlar, "Baku-Khankendi Azerbaijan Cycling Race" adı altında keçirilən 2.1 səviyyəli beynəlxalq velosiped yarışı Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına salınıb və cari ilin 10-14 may tarixlərində böyük uğurla keçirilib. Yarışda iştirak edən komandalara təqdim olunmaq üçün 25 ədəd yeni avtomobil və digər avadanlıqlar alınıb.
Bütün dünyada böyük rəğbətlə qarşılanmış, 20 ölkədən 24 komandanın iştirak etdiyi, marşrutları ölkəmizin 21 şəhər və rayonunun ərazilərindən keçən, dünyanın 190 ölkəsində 19 dildə canlı olaraq "Eurosport" kanalı vasitəsilə yayımlanan, on milyonlarla insanın izlədiyi bu beş günlük yarış ölkəmizin gözəlliklərinin, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinin bütün dünyaya çatdırılmasında müstəsna rol oynayıb.
"Eurosport" kanalının rəsmi hesabatına əsasən yarışın təkcə reklam videoçarxını izləyənlərin sayı 20 milyondan çox olub. "Eurosport", "Euronews" və "CBC Sport" kanallarında əlavə verilişlər təşkil edilib.
Yarış günlərində federasiyanın instaqram səhifəsinə daxilolma sayı ilk dəfə olaraq 2 milyonu keçib ki, onlarında da xeyli hissəsi yarışda iştirak etmiş komandaların təmsil etdikləri ölkələrin payına düşüb.
Federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov öz çıxışında bildirib ki, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin fəaliyyəti canlandırılıb, ölkənin 18 şəhər və rayonunda hazırda 500-dən çox uşağın məşğul olduğu 22 velosiped bölməsi yaradılıb, Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə həmin bölmələrə rəhbərlik edəcək peşəkar məşqçilər seçilərək onlar üçün təlimlər təşkil edilib. Bu bölmələr, habelə Gəncə, Mingəçevir, Lənkəran, Xankəndi Universitetləri, Zəngilan rayon məktəbləri və digər orta ümuntəhsil məktəblərində velosiped idmanı ilə məşğul olan idmançılara 900-dan çox velosiped və qoruyucu dəbilqə təqdim edilib.
İcraiyyə Komitəsinin iclasında Əli Məmmədov Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi vəzifəsinə təsdiq edilib. İclasda "Təhlükəsiz mühitin və idmançıların təhlükəsizliyinin təminatı qaydaları" da təsdiq olunub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
14:44
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
-
14:26
Boksçularımız U-19 dünya çempionatını iki medalla başa vurublar
-
14:07
"Araz-Naxçıvan" - "Uypest": Təyinatlar müəyyənləşdi
-
13:51
Volkov Azərbaycan çempionatında bunu bacaran 30-cu futbolçu olub
-
13:35
“Turan Tovuz” 150-yə çatdı
-
13:18
Rəşad Sadıqov üçün yubiley
-
13:15
Dünya çempionatı: Azərbaycan millisi İsrailə qalib gəldi
-
13:00
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
12:42
"Yuventus" səfərdə sevindi VİDEO
-
12:24
Qustavo Klisman: “Qol buraxmışıqsa, günahı bir nəfərin üzərinə ata bilmərik”
-
12:06
"Bavariya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:51
Boksçumuz Avropa çempionu oldu
-
11:37
"Mlan" "Udineze"yə şans tanımadı VİDEO
-
11:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:59
"Real" səfərdə "Barselona"nı devirdi VİDEO
-
10:48
Millimiz Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
-
10:35
"İnter"dən inanılmaz geridönüş VİDEO
-
10:22
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
10:04
Muaddib: “Çempionluq “Qarabağ”la iki yox, bir komanda arasında gedəcək”
-
09:56
İnfantinodan Azərbaycan çempionatıın oyunundan paylaşım etdi
-
09:31
"Liverpul"un qələbəsi VİDEO
-
09:17
Toral Bayramov üçün 7 dəqiqə
-
09:00
"Mançester Yunayted" yenə uduzdu VİDEO
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
26.10.2026
25.10.2026
24.10.2026























