25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”

“Turan Tovuz”un qapıçısı Oleq Baklovun Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Neftçi” ilə bərabərə qaldınız. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?

- Son turdakı məğlubiyyətdən sonra bu matça çox ciddi hazırlaşmışdıq. Açığı, hər şey bizim üçün də yaxşı alınırdı, rəqib də meydanda azlıqda qaldı. Təəssüf ki, mənim üçün də ən yaxşı gün deyildi. Fikrimcə, rəqib futbolçunun baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim. Bu cür matçlarda epizodları çıxartmalıyam. İşləməyə davam edəcəyik. Rəqib meydanda 10 nəfərlə qalanda, başadüşülən idi ki, daha çox müdafiə olunurdu. Bizim çox sayda qol epizodlarımız var idi. Oyunu qələbə ilə başa vurmağa məcbur idik. Ancaq təəssüf ki, alınmadı.

- Yəni ki, bu matçda 2 xal itirdiyinizi düşünürsünüz?

- Oyuna baxsaq, bəli, iki xal itirdiyimizi deyə bilərik.

- “İmişli”yə məğlubiyyətdən sonra komandadakı vəziyyət necə idi?

- “İmişli”yə qalib gəlməyə məcbur idik. Təəssüf ki, alınmadı. Bilirdik ki, bundan sonra vəziyyəti dəyişməliyik. Üstəlik, “Neftçi” bizim birbaşa rəqibimizdir, liderlərdəndir. Onlarla görüşdəki xala görə çox da üzülmək olmaz. Çünki bu cür rəqiblərlə görüşlər ağır keçir.

- “Neftçi”dən sonra sizi daha iki ağır oyun gözləyir. Komanda “Sabah” və “Qarabağ”la qarşılaşmalara hazırdır?

- Bilmirəm, bu necə tendensiyadır, sanki güclü rəqiblərə qarşı oynamaq bizim üçün daha asandır, nəinki turnir cədvəlində daha aşağı pillələrdə gedənlərə qarşı.

- Bəlkə “ikinci nömrə” ilə oynayırsız, ona görə?

- “Neftçi” ilə görüşdə gördünüz axı, biz “ikinci nömrə” ilə oynamırdıq. Hətta rəqib meydanda 11 nəfər olanda da üstünlük bizim tərəfimizdə idi. “Neftçi” heç bir epizod yarada bilmirdi.

- “Turan Tovuz” üçün “Sabah” və “Qarabağ”la görüşlərdən 6 xal götürmək realdır?

- Necə olacağını bilmirəm. Biz maksimum fokuslanacağıq. Növbəti turda evdə oynayırıq. Azarkeşlərimiz artıq uzun müddətdir ki, bizi gözləyirlər. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.

- “Neftçi”dən öncə bu stadiona Tacikistan millisinin heyətində Azərbaycan yığmasına qarşı oynamışdınız. Sizin üçün hansı matç daha ağır keçdi?

- Hər oyunun özünə görə ağırlığı var, asan oyun olmur.

- Lakin bu oyunların sizin üçün uğursuz keçdiyini söyləmək mümkündür?

- Demək olar...Görünür ki, bu stadionda komandamı xilas etmək alınmır. Dediyim kimi, təəssüf ki, “Neftçi” ilə görüşdə səhv etdim. Yaxşı ki, komanda məni sığortaladı və qol vuraraq, heç-heçə etdik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31