26 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”

Ölkə futbolu

İnfantinodan Azərbaycan çempionatıın oyunundan paylaşım etdi

FİFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının 9-cu turunda keçirilən “Sabah” – “Qarabağ” oyunu (0:0) ilə bağlı paylaşım edib.

Futbolxeber.az saytının məlumatına görə, İnfantino şəxsi instaqram hesabında Bakıdakı qarşılaşmadan məmnunluğunu ifadə edib:

“Bu gün Bakıda Azərbaycan futbolunun necə gözəl nümayişinin şahidi olduq! “Sabah” və “Qarabağ” gərgin mübarizə şəraitində keçən oyunda xalları bölüşdülər.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FİFA Şurasının üzvü və Cibuti Futbol Federasiyasının prezidenti Süleyman Həsən Vaberi, FİFA Şurasının üzvləri Yohanna Vud və Rodolfo Vilyalobos, həmçinin digər şəxslərlə birlikdə olmaqdan məmnun oldum.

Belə möhtəşəm atmosfer yaratdıqlarına görə hər iki kluba və bütün azarkeşlərə təşəkkür edirəm. Bu, futbolun insanları necə birləşdirdiyini və sevinc bəxş etdiyini bir daha sübut etdi”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31