25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”

“Neftçi”nin qapıçısı Emil Balayev Azərbaycan Premyer Liqasının IX turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra (1:1) jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Açığı, qarşılaşma düşündüyümüz kimi alınmadı. 30-cu dəqiqədə qırmızı vərəqə aldıq, azlıqda qaldıq. Buna baxmayaraq, sağ olsun uşaqlar, özümüzdə güc tapdıq, qol vurduq. Düzdür, ikinci hissədə də qapımızda qol gördük. Ən azından döyüşdük. Bütün komandamıza, hər bir oyunçuya təşəkkür edirəm, axıra qədər döyüşçü ruhu ilə mübarizə apardılar.

- “Neftçi” əsas rəqiblərdən heç birinə uduzmasa da, eyni zamanda qalib də gələ bilmədi. Bunu necə qiymətləndirirsiniz?

- Baş məşqimiz də demişdi. Keçən oyunlarda xal qazanmadıq, əksinə, xallar itirdik. Hamı üçün aydındır, “Neftçi” yaxşı nəticələr uğrunda mübarizə aparır. İndi belə alındı. 3 oyuna 3 xal qazandıq. Hardasa demək olar ki, 6 xal itirdik. Analizlər aparacağıq. Çalışacağıq ki, oyunumuzu yaxşılaşdıraq.

- Fərdi götürsək, qolda sizin səhviniz var idi, ötən oyunda da Rza səhvlərlə yadda qalmışdı. Xallar belə-belə gedir...

- Məni bağışlayın, səhv söhbətində qapıçı məşqçiləri qərarlaşdırır. Sağ olun (müsahibəni yarımçıq saxlayıb miks-zonanı tərk edir).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31