26 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”

Ölkə futbolu

Muaddib: “Çempionluq “Qarabağ”la iki yox, bir komanda arasında gedəcək”

“Qarabağ”ın yarımmüdafiəçisi Jali Muaddib Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sabah”a qarşı keçirilən oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

 

- Qələbə qazanmağınız üçün nə çatışmadı?

- Maraqlı qarşılaşma alındı. Biz pis oynamadıq. Rəqib də yaxşı çıxış etdi. “Sabah” güclü komandadır. Buna baxmayaraq, qələbə qazana bilərdik. Müəyyən çatışmazlıqlar oldu. Çalışacağıq növbəti görüşlərdə qalib gələk. Bunun üçün məşqlərdə çatışmayan cəhətlərimiz üəzrində daha çox işləməliyik.

- Hər iki tərəfin qol vura bilməməsi hücum xəttinin zəifliyini göstərir, yoxsa müdafiənin güclü olmasını?

- Siz statistikaya baxsanız, görərsiniz ki hücumla bağlı problem yoxdur. Biz əvvəlki matçlarda lazımi qədər qollar vurmuşuq. Sadəcə rəqibin müdafiəsi çox güclüdür. Onlar topla inamlı oynayırdılar. Hər iki komanda qol vura bilmədi. Bu da müdafiənin nə qədər güclü olmasından xəbər verir.

- “Qarabağ, “Sabah” və “Neftçi”nin öz aralarındakı oyunlar heç-heçə başa çatdı. Demək olar ki, çempionluğun taleyini bu 3 komandanın digər 9 rəqiblə görüşdəki nəticələri müəyyənləşdirəcək?

- İnanmıram ki, 3 komanda arasında çempionluq mübarizəsi sona qədər davam etsin. Mübarizədə iki komanda qalacaq. Bu kollektivlərdən biri biz olacağıq. Digəri isə ya “Neftçi”, ya da “Sabah”. Təbii ki, digər klublardan mümkün qədər çox xallar almalıyıq ki, yekunda çempion olaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31