26 Oktyabr 2026, Bazar ertəsi
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi
Balayev(lər)in sual fobiyası... - YAZI

Ölkə futbolu

Dünya çempionatı: Azərbaycan millisi İsrailə qalib gəldi

Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında 4-cü oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda İsrail yığması ilə qarşılaşıb. Görüşdə Famil Xəlilovun baş məşqçi olduğu millimiz rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

U-15 millimiz bu gün saat 18:15-də növbəti matçında Haiti yığması ilə qarşılaşacaq.

Azərbaycan millisi hazırda 9 xala malikdir və yalnız vurulan qolların sayına görə Haitidən geri qalaraq 3-cü yerdədir. Beləliklə, A qrupunda ikinci yerin taleyi bu oyunla həll olunacaq.

Xatırladaq ki, U-15 millimiz daha əvvəl Şərqi Timor yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31