Ölkə futbolu
Balayev(lər)in sual fobiyası... - YAZI
Təxminən 12-13 il əvvəl idi, o zaman hələ Berti Foqts milli komandamızın baş məşqçisi idi, “Neftçi”ni Böyükağa Hacıyev çalışdırırdı, Sadıq Sadıqov klub prezidenti idi, “Sabah” heç yaranmamışdı, Azərbaycanın heç bir klubu ÇL-in qrup mərhələsinə düşməmişdi, bu gün AFFA-da söz sahibi olanların 90 faizi futbolun 11-11-ə oynanıldığından xəbərsiz idilər, hazırda “Neftçi”nin məskunlaşdığı “Palms Sports” Futbol Mərkəzinin yerində isə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu var idi. Bircə Emil Balayev onda da “Neftçi”nin qapıçısı idi, indi də.
“İsmət Qayıbov”da hansısa oyunu izləməyə getmişdim, media tribunasında 2-3 nəfər var idi (Düzdür, o zaman da jurnalist az deyildi, amma daha indiki kimi hərə əlinə bir telefon alıb miks-zonada böyük-kiçik bilmədən səsini başına atmırdı). Təəssüf ki, hansı komandaların qarşılaşdığı yadımda deyil, amma onu dəqiq xatırlayıram ki, Foqts oyunu stadiondan canlı izləyirdi. Sağ olsun, fasilədə müsahibə təklifimi geri çevirmədi. Həmin günlərdə millinin heyəti açıqlanmışdı və “Neftçi”nin ehtiyatında oturan Balayevə üçüncü qapıçı kimi dəvət göndərilmişdi. Emilin yığmaya çağırılması birmənalı qarşılanmamışdı. Çünki çempionatın ilk turunda Balayev “Araz-Naxçıvan”la səfər matçında kobud səhvlərlə yadda qalmışdı. Belədə Foqtsa Balayevin nəyə görə yığmaya dəvət aldığı barədə sual ünvanladım. Təbii ki, alman mütəxəssis qərarının səbəbini izah etdi, seçimini əsaslandırmağa çalışdı. O zaman Balayev hələ “Ayntraxt”a transfer olunmasa da, gedişi ərəfəsində mətbuat konfransında “Vətənə qayıtsam, “Neftçi”dən başqa heç bir klubda oynamaram” açıqlamasını verməsə də, alman mütəxəssisin Emilin oyununu bəyəndiyi çoxlarına məlum idi.
İndikindən fərqli olaraq, o illərdə oxucular saytların şərh bölməsinə tez-tez fikirlərini yazırdılar. Foqtsun müsahibəsi “Futbolxeber”də yayımlandıqdan az sonra gördüm ki, şərh bölməsinə tanımadığım bir şəxs nömrəsini yazıb və qeyd edib ki, “təcili bu nömrə ilə əlaqə saxlayın”. Təbii ki, məsələ çox maraqlı gəldi və dərhal nömrəni yığdım. Məlum oldu ki, şərhi yazan, həmin anda telefonda danışdığım şəxs Emil Balayevin atası, həm də meneceridir. Əvvəlcə sərt şəkildə Foqtsa Emillə bağlı verdiyim sualdan narazılığını bildirdi, qeyd etdi ki, oğlunu Belçika klubları, “Konyaspor” heyətində görmək istəyir. Hətta məni qərəzli olmaqda ittiham etdi. Sonradan bir-birimizi anladıq, normal qaydada bir xeyli danışdıq və sonda da azərbaycansayağı sağollaşdıq: “Qardaşın hər zaman qulluğunda hazırdır”...
Hörmətli oxucu, bəlkə də 2465 işarəlik (qəzet görməyənlər çətin işarənin nə olduğunu anlayalar) giriş yorucu oldu, sadəcə dünən Emil Balayevin “Turan Tovuz”la oyundan sonra jurnalistin ona ünvanladığı “Fərdi götürsək, qolda sizin səhviniz var idi, ötən oyunda da Rza səhvlərlə yadda qalmışdı. Xallar belə-belə gedir...” sualına verdiyi reaksiyadan sonra bu söhbət yadıma düşdü.
Balayev sualı bəyənməyib müsahibəni yarımçıq saxlayarkən, eyni anda miks-zonanın digər kənarında “Turan Tovuz”un qapıçısı Oleq Baklov da iki həmkarımızın suallarını cavablandırırdı. Bilmirəm, qəribədir, ya maraqlıdır, amma Tovuz klubunun qapıçısı “Sizin üçün uğursuz oyun olduğunu demək olar?” sualını eşidərkən nə narazılığını bildirdi, nə də müsahibəni yarımçıq saxladı: “Demək olar... Təəssüf ki, “Neftçi” ilə görüşdə səhv etdim. Yaxşı ki, komanda məni sığortaladı və qol vuraraq, heç-heçə etdik”.
Görəsən, Baklovun etiraf etdiyi səhvi Balayev niyə edə bilmədi? Səhvini boynuna almaq bu qədərmi çətin işdir? Onsuz da, hər şey ortadadır – “Neftçi” iki turdur məhz qapıçı səhvlərinə görə xal itirir. Keçən tur Rza Cəfərov iki biabırçı səhvlə “Neftçi”ni qələbədən etdi. Dünən isə Balayevin buraxılan qolda səhvi var idi. Minlərlə insanın stadionda, milyonların isə televiziyadan gördüyü səhvi etiraf etmək bu qədərmi ağırdır? Baklov etiraf etdi, nəsə dəyişdi? Komandadan qovuldu?
Biz hər zaman futbolçularımıza dəstəkik. Legioner limitinin ləğvinə daim etiraz edən 3-5 nəfərdən biri mənəm. Odur ki, kimsə bizi azərbaycanlı futbolçulara qarşı olmaqda ittiham edə bilməz. Amma bu o demək deyil ki, azərbaycanlı futbolçuların səhvinə göz yummalı, reaksiya verməməliyik. Bir anlıq papağınızı qabağınıza qoyun, düşünün: nəyə görə “Sumqayıt” təcili Marko Yohanssonu transfer etdi, nəyə görə “Şəfa” 3 yerli qapıçısı ola-ola Tiaqo Silvanı heyətinə qatdı?.. Əslində, siyahını çox uzatmaq olar...
Əlbəttə, futbol səhvlər oyunudur. Amma bu səhvlərdən nəticə çıxarmaq lazımdır. Atalar əbəs yerə deməyiblər ki, “İgid odur atdan düşə atlana // İgid odur hər yaraya qatlana”. Amma səhvi etiraf etməməklə, oyundan sonra jurnalistin sualına narazılıq etməklə, müsahibəni yarımçıq saxlamaqla inkişaf etmək, səhvlərdən nəticə çıxarmaq mümkün deyil...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:10
DÇ: Millimiz bu gün 2 oyun keçirəcək
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
25.10.2026
24.10.2026
23.10.2026























