26 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”

Ölkə futbolu

Qustavo Klisman: “Qol buraxmışıqsa, günahı bir nəfərin üzərinə ata bilmərik”

“Neftçi”nin yarımmüdafiəçisi Qustavo Klismanın Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 9-cu turunda “Turan Tovuz”la bərabərə qaldınız. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?

- Çətin oyun olacağını bilirdik. "Turan Tovuz"a qarşı matçlar həmişə ağır keçir. Düzdür, bu, həmin rəqibə qarşı ilk oyunum idi və qarşılaşmanın nə dərəcədə çətin olduğunu özüm də gördüm. Üstəlik, bu gün belə bir komandaya qarşı 10 nəfərlə mübarizə aparmalı olduq. Buna baxmayaraq, hər birimiz meydanda əlimizdən gələni etməyə, daha çox mübarizə aparmağa və qaçmağa çalışırdıq.

- Qırmızı vərəqəni saymasaq, qələbə qazanmağınız üçün nə çatşmadı?

- Azlıqda qalsaq da, qalib gələ bilərdik. Bir neçə qol epizodumuz oldu, amma təəssüf ki, onlardan faydalana bilmədik. Həftə ərzində səhvlərimizi aradan qaldırmaq üçün çalışacağıq ki, növbəti oyunda təkrarlamayaq.

- Ardıcıl 2 oyunda qapıçı səhvinə görə xal itirmək komandaya necə təsir edir?

- Qol buraxmışıqsa, günahı bir nəfərin üzərinə ata bilmərik. Təkcə qapıçıda səhv olmayıb. Rəqib qapımıza yol tapıbsa, bunda hücumun da, orta xəttin də, müdafənin də səhvi var.  

- “Qarabağ”la oyunda möhtəşəm azarkeş dəstəyi var idi. Həmin matçdan sonra “Turan Tovuz”la görüşdə fanatların sayını az olması sizi məyus etdi?

- Məncə, “Turan Tovuz”la matçda da kifayət qədər azarkeş var idi. Onlar bizi sonadək dəstəklədilər və bu dəstək bizə çox kömək oldu. Sadəcə, azarkeşlərimizdən xahiş etmək istəyirəm ki, hər oyunda yanımızda olsunlar.

- Ardıcıl 3 heç-heçədən sonra “Neftçi” qələbə həsrətinə Şamaxıda son qoya biləcək?

- Bizi qarşıda heç də asan oyun gözləmir. Ümumiyyətlə, Azərbaycan çempionatında demək olar ki, heç bir görüşdə əvvəldən qələbə qazanacağını əminliklə söyləyə bilmərsən. Buna baxmayaraq, bizim məqsədimiz hər matçda qalib gəlməkdir. “Şamaxı” ilə səfər görüşündə də meydana yalnız 3 xal üçün çıxacağıq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31