26 Oktyabr 2026, Bazar ertəsi
Samuel Eto`O Bakıya gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Digər idman növləri

11 cüdoçumuz Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə"də iştirak edəcək

Azərbaycanın 11 cüdoçusu 29-31 oktyabr aralığında Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

İdmançılar 9 çəki dərəcəsində çıxış edəcəklər. Qadınlardan Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq), Madina Kaisinova (+78 kq), kişilərdən Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elcan Hacıyev (90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatamiyə çıxacaq.

Kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov, Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi Tərlan Kərimov rəhbərlik edəcəklər.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışa 60 ölkədən 400-ə yaxın cüdoçu qatılacaq.

Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31