27 Oktyabr 2026, Çərşənbə axşamı
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Xarici futbol

“Yuventus” sabiq müdafiəçisini geri qaytarmaq istəyir

“Sassuolo”nun müdafiəçisi Tarik Muharemoviç sabiq klubu “Yuventus”a qayıda bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə tanınmış insayder Nikola Skira yazıb.

Turin klubu ötən il 2 milyon avroya satdığı 23 yaşlı futbolçunu geri qaytarmaq istəyir. Bildirilir ki, bosniyalı müdafiəçi 1 il əvvəl klubu tərk etsə də, onun transfer hüququnun 50 faizi hələ də “Yuventus”a məxsusdur.

Lakin “Qoca Sinyora” Muharemoviçin yeganə müştərisi deyil. İngiltərə klubları da onun xidmətində maraqlıdır. “Bornmut” bosniyalı futbolçu üçün 35 milyon avro ödəməyə hazırdır. Eləcə də “Tottenhem” Tarik Muharemoviçi heyətinə qatmağı hədəfləyir.

Qeyd edək ki, son mövsüm bosniyalı müdafiəçi A seriyasında 32 matçda meydana çıxıb, 2 qol vurub, 2 dəfə də məhsuldar ötürmə müəllifi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31