24 Noyabr 2026, Çərşənbə axşamı
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Xarici futbol

Axundzadə ABŞ-da ikinci oyununa çıxdı

ABŞ MLS liqasında 6-cı tura start verilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin komandası “Kolambus Kryu” “Atlanta Yunayted”in qonağı olub və 3:1 hesabı ilə qələbə qazanıb.

Axundzadə 90-cı dəqiqədə Marselo Herreranı əvəz edərək meydana girib. Beləliklə, bu, onun MLS-də ikinci oyunu olub.

“Kolambus Kryu” komandasından qolları Vessam Abu Əli (48, 53) və Maks Arfsten (61) vurublar.

Bu qələbədən sonra “Kolambus Kryu” 6 oyundan 5 xalla Şərq konfransında 11-ci yeri tutur. Şərq konfransına 13 xalla "Neşvill" başçılıq edir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30