11 Sentyabr 2026, Cümə
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da
“Zirə”də mərakeşli müdafiəçi
Dadaşov Ukrayna klubunda

Xarici futbol

İngiltərə millisinin sabiq üzvü həbs edilib

Esseks polisi İngiltərə millisinin adı açıqlanmayan sabiq futbolçusunu saxlayıb.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda "The Telegraph" yazıb.

Polis həmin oyunçu haqda mümkün təcavüzə cəhd iddiasını araşdırır. Şikayət bir neçə həftə əvvəl onun keçmiş sevgilisi tərəfindən verilib.

Hüquq-mühafizə orqanları sabiq  futbolçunu bazar günü ölkəyə qayıtdıqdan sonra Stansted hava limanında saxlayıb. O, polis şöbəsinə aparılıb, bir neçə saat ərzində dindirilərək DNT nümunələri və barmaq izləri götürülüb.

Bildirilib ki, hüquqi səbəblərə görə şübhəlinin adı açıqlanmır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30