11 Sentyabr 2026, Cümə
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da
“Zirə”də mərakeşli müdafiəçi
Dadaşov Ukrayna klubunda

Xarici futbol

İbrahimoviç Olimpiadanın məşəldarı oldu

İsveç millisinin sabiq futbolçusu  Zlatan İbrahimoviç 2026-cı il Qış Olimpiya Oyunlarının məşəldarlarından biri seçilib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Olimpiadanın rəsmi sosial media hesablarında açıqlama yayılıb. İsveçli veteran hazırda İtaliyada yaşayır və “Milan” klubunun strukturunda çalışır. İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilatçıları isə bundan yararlanaraq İbrahimoviçi məşəldar kimi görmək istəyiblər.

Məşəl daşıyıcıları sırasında daha bir tanınmış futbolçu – hazırda “Komо”nun qadın komandasında çıxış edən Alişa Leman da yer alıb.

Xatırladaq ki, 2026-cı il Qış Olimpiya Oyunları 6-22 fevral tarixlərində Milan və Kortina-d’Ampezzoda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30