4 Dekabr 2025, Cümə axşamı
Azər Bağırov: “Qələbəyə çox inanırdım”
Saşa İliç: “Cəzam çox ağırdır”
Sonuncu 1/4 finalçı "Kəpəz" oldu
Abbasov 1, İliç 4 oyunluq cəzalandı

Xarici futbol

Salah: “Qızıl top”? Mən ancaq çempionluq barədə düşünürəm”

“Liverpul”un hücumçusu Məhəmməd Salah “Qızıl top”u qazanmaq istəyi barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, “Sky Sports”a müsahibəsində misirli forvard bu barədə suala cavabında bildirib ki, əsas məqsədi İngiltərə Premyer Liqasınının qalibi olmaqdır:

“Qızıl top”? Açığı, mən ancaq “Liverpul”la birgə İngiltərə çempionluğu barədə düşünürəm. Bu uğurun bir hissəsi olmaq istəyirəm. Mövsümün əvvəlindən məhz buna köklənmişəm. Komandamın titulu qazanmağı üçün əlimdən gələni edəcəyəm”,

Qeyd edək ki, cari mövsümdə Salah “Liverpul”un heyətində bütün turnirlərdə meydana çıxdığı 26 matçda 20 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31