15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Xarici futbol

Kloze hücumçulardan narazı qalıb

Almaniyanın "Bild" nəşri "Nürnberq"in azərbaycanlı hücumçusu Mahir Emrelinin 2-ci Bundesliqanın 15-ci turunda "Elfersberq"lə oyununu dəyərləndirib.
 
Futbolxeber.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun performansı tənqid edilib:
 
"Azərbaycan millisinin oyunçusunun "Paderborn"a 2:3 hesablı uduzduqları oyunda etdiyi qol ötürməsindən başqa son bir neçə həftədə çox az uğurlu matçı olub. Emreli "Elfersberq"lə görüşdə (1:2) bir neçə qol şansı əldə etsə də, sonluğu gətirə bilmədi".
 
Komandanın baş məşqçisi Miroslav Kloze də hücum xəttindən razı olmadığını bildirib: "Hücumçularımızda digər oyunlardan fərqli olaraq topsuz işləmək, pressinq etmək əzmi yox idi. Deməli, nəyisə əskik edirik. Əgər iki və ya üç nəfər komandadakı digər futbolçulardan daha az iş görürsə, uğur qazanmaq sadəcə olaraq mümkün deyil”.
 
Qeyd edək ki, M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə keçirdiyi 11 oyunda 4 qol vurub, 1 qolun ötürməsini edib. “Nürnberq” isə 2-ci Bundesliqada 15 turdan sonra 12-ci pillədə qərarlaşıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31