1 Noyabr 2025, Şənbə
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Qarabağ" "İmişli"yə qarşı
"Kəpəz" 10 min manat cərimələndi

Xarici futbol

93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında

Yeni mövsümdə Türkiyə Superliqasında çıxış edəcək sonuncu klub müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, bu, “Bodrumspor”dur. Bodrum təmsilçisi Superliqaya vəsiqə uğrunda keçirilən pley-off mərhələsinin final matçında “Sakaryaspor”u üstələyib.

“Sakaryaspor” - “Bodrumspor” - 1:3 (Əlavə vaxtda)

Qollar: Gökdeniz Bayraktar, 19 (0:1), Zdravko Dimitrov, 72 (1:1), Ondrej Celustka, 94 (1:2), Tunahan Akpınar, 103 (1:3)

Qırmızı vərəqə: Rajko Rotman, 44 (“Sakaryaspor”)

Qeyd edək ki, “Bodrumspor” tarixində ilk dəfə Türkiyə Superliqasında mübarizə aparacaq. Komanda 1931-ci ildə yaradılmasına baxmayaraq, uzun müddət həvəskarlar arasında yarışıb. Yalnız 2015-ci ildən etibarən mütəmadi olaraq üçüncü liqada mübarizə aparmağa başlayıb. 2017-ci ildə ilk dəfə ikinci liqada yüksələn “Bodrumspor” 2022-ci ildə birinci liqada debüt edib. Ötən il pley-offun finalında uduzan kollektiv nəhayət 2024-cü ildə tarixində ilk dəfə Superliqaya yüksəlməyi bacarıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30