7 Dekabr 2024, Şənbə
“Neftçi” yeni əməkdaşlığa başlayır
XVI turun hakim təyinatları
"Turan Tovuz"dan nəcib addım
"Əsas fikrimizi çempionata yönəltməliyik"

Xarici futbol

İstanbul ardıcıl 2 il avrokubok finalına ev sahibliyi edəcək

2025/26 və 2026/27 mövsümlərində avrokubokların finallarına ev sahibliyi edəcək şəhərlər müəyyənləşib.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, 2025/26 mövsümün Çempionlar Liqasının finalına Macarıstanın paytaxtı Budapeşt ev sahibliyi edəcək. Qitənin 1 nömrəli klub turnirinin finalı 67 889 tamaşaçı tutumuna malik “Puşkas Arena”da keçiriləcək.

Lakin Çempionlar Liqasının 2026/2027-ci il mövsümünün final oyununun yeri ilə bağlı qərar sentyabr ayına qədər təxirə salınıb. Həmin vaxta qədər Milandakı (İtaliya) "San Siro" stadionunun yenidən qurulması planları UEFA-ya təqdim edilməlidir.

2026-cı ildə Avropa Liqasının finalı İstanbulda ("Beşiktaş Park") keçiriləcək. 1 il sonra isə qitənin ikinci dərəcəli klub turnirinin finalına Frankfurtdakı "Doyçe Bank Park" ev sahibliyi edəcək.

Avropa Liqasının ardınca "Beşiktaş Park" 2027-ci ildə Konfrans Liqasının finalını da qəbul edəcək. Sözügedən turnirin 2026-cı ildəki finalı isə "Leyptsiq RB Arena"da (Almaniya) baş tutacaq.

 





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2024
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31