9 Noyabr 2026, Bazar ertəsi
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
Azərbaycan Zəfər Gününü qeyd edir

Ölkə futbolu

“Çempionatın ən gənc komandasıyıq”

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 11-ci turunda “Sabah” ilə heç-heçə etdikləri matçı (2:2) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə bunları söyləyib:

"Zəfər Gününüz mübarək olsun. Bu gündə payı olan hər kəsə, xüsusilə cənab Prezidentə təşəkkür edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. “Sabah”ın güclü komanda olduğunu bilirdik. Çempionatımızın ən yaxşı kollektivlərindən birinə qarşı oynayırdıq. Futbolçulardan mübarizə aparmağı tələb etmişdik. Meydanda əsl döyüş gördük. Bir xal qazandıq, daha çoxunu da əldə edə bilərdik. “Sabah”a uğurlar arzulayıram”.

- İki xal itirdiyinizi düşünürsünüz?

- Məncə, bir xal qazandıq. Səfərdə “Sabah”a qarşı oynayırdıq. İtirilən xallar barədə düşünmək istəmirəm. Futbolçulara da dedim ki, mənim üçün əsas meydanda göstərdikləri oyun idi. Məğlub olsaydıq belə, komandamın çıxışından razı qalacaqdım.

- Yeni komandanızın ilk dövrədəki çıxışını necə qiymətləndirirsiniz?

- Bir oyunu və bir hissəni çıxmaqla, 10 matçda yaxşı oynadıq. Ən çox xoşuma gələn məqam odur ki, öz meydanımızda müdafiəyə çəkilmirik, pressinq edir və oyuna nəzarət etməyə çalışırıq. Futbolçulara müasir futbol fəlsəfəsini aşılamağa çalışırıq. Çempionatın ən gənc komandasıyıq və daha çox yerli futbolçulara şans veririk.

- Hansı oyun və hansı hissəni nəzərdə tutursunuz?

- “İmişli” ilə matçı və “Şəfa” ilə görüşün ilk hissəsini.

- Oyunun sonlarında futbolçulardan irəlidə pressinq etməyi tələb edirdiniz. Bu, onların fiziki gücünə inamınızdan irəli gəlirdi?

- Futbolda qorxmaq olmaz. Futbolçuların motivasiyası yüksək olmalıdır. “Sabah”ın oyunçularının keyfiyyətini bilirdik.

- Ehtiyat qüvvənizin məhdud olması sizi narahat edir?

- Əslində, dediyinizdə həqiqət var. Çalışıram ki, futbolçulara bərabər səviyyədə şans verim və hamısının oyun praktikası olsun. Statistikaya baxsaq, hücum xəttində müdafiə ilə müqayisədə daha çox rotasiya edirik. Bu, müdafiəçilərdən tam razı olduğum anlamına gəlmir. Çünki qollar buraxırıq. Sadəcə, müdafiədə rotasiya imkanlarımız daha məhduddur. Emin Rüstəmov bütün oyunlarda 90 dəqiqə meydanda olub.

- Qış transfer pəncərəsində heyəti gücləndirmək üçün maliyyə imkanınız olacaq?

- Bu barədə düşünürük. Zaman göstərəcək. Klub rəhbərliyi ilə müzakirələrimiz olub. Qışda bir futbolçu ilə heyəti gücləndirməyə çalışacağıq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30