11 Noyabr 2026, Çərşənbə
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Ölkə futbolu

“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı

“Xankəndi” Futbol Klubunun əsas hədəflərindən biri komandanın fəaliyyətini daimi olaraq Xankəndi şəhərində təşkil etməkdir”.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.

PFL-in ötən gün yaydığı xəbərə görə, sözügedən komanda I Liqadakı ev oyunlarını artıq Xankəndi şəhər stadionunda keçirəcək.

"Xankəndi"nin bu haqda açıqlamasında isə bildirib:

"Klubun maddi-texniki bazasının formalaşdırılması və müvafiq infrastrukturun yaradılmasından sonra komandanın doğma şəhərinə köçürülməsi nəzərdə tutulur. Hazırda Xankəndidə komandanın daimi yerləşməsi üçün zəruri infrastruktur tam formalaşmadığından futbolçular və məşqçilər heyəti fəaliyyətlərini Bakı şəhərində davam etdirirlər. Bu səbəbdən komanda hələlik oyunlarda iştirak etmək üçün Xankəndiyə səfər edəcək.

Klub rəhbərliyi tərəfindən Xankəndi şəhər nümayəndəliyi ilə müvafiq məsələlər üzrə əlaqələrin qurulması, komandanın yerləşməsi üçün binanın müəyyənləşdirilməsi istiqamətində işlərin aparılması planlaşdırılır.

İlkin plana əsasən, zəruri təşkilati və infrastruktur məsələləri həll olunduqdan sonra, qış mövsümündən sonra komandanın Xankəndiyə köçürülməsi nəzərdə tutulur. Köçürülmənin dəqiq vaxtı müvafiq şəraitin yaradılmasından asılı olacaq.

Qeyd edək ki, “Xankəndi” FK üçün əsas prioritetlərdən biri yalnız ev oyunlarını doğma meydanda keçirmək deyil, həm də klubun gündəlik fəaliyyətini Xankəndidə qurmaq, şəhərin idman həyatına inteqrasiya olunmaq və bölgədə futbolun inkişafına uzunmüddətli töhfə verməkdir".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30