10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Xarici futbol

Hollan Premyer Liqa tarixində 10-cu oldu

“Mançester Siti”nin hücumçusu Erlin Hollan İngiltərə Premyer Liqasının 30-cu turunda “Sautgempton”la oyunda (4:1) dubl edib.

Futbolxeber.az saytının məlumatına görə, 22 yaşlı forvard cari mövsüm Premyer Liqada vurduğu qolların sayını 30-a çatdırıb.

Hollan liqa tarixində bir mövsüm ərzində minimum 30 qol vurmağı bacaran sayca 10-cu futbolçudu. Norveçli hücumçu 27 oyunda buna nail olub.

Siyahıda həmçinin Endi Koul (34 qol, 1993/94), Alan Şirer (31 qol 1993/94 mövsümündə, 34 qol 1994/95 mövsümündə və 31 qol 1995/96 mövsümündə), Kevin Fillips (30 qol, 1999/00), Tyerri Anri (30 qol, 2003/04), Kriştianu Ronaldo (31 qol, 2007/08), Robin van Persi (30 qol, 2011/12), Luis Suares (31 qol, 2013/14), Mohamed Salah (32 qol, 2017/18) və Harri Keyn (30 qol, 2017/18) yer alıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31