15 May 2026, Cümə
"Neftçi"nin şikayəti təmin edilmədi
Valdas Dambrauskasdan qələbə şərhi
Sadıqov: “Futbolçularımla fəxr edirəm”
"Sabah" kuboku da qazandı

Xarici futbol

"Gent"in hücumçusu “Qarabağ"la oyunları buraxacaq

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent"in (Belçika) futbolçusu Darko Lemayiç zədələnib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Heyn Vanhazebruk öz açıqlamasında bildirib.

29 yaşlı hücumçunun bud əzələsi yırtılıb. Ona görə də Darko uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdir ki, serbiyalı forvard Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la hər iki oyunu buraxacaq.

Digər zədəli futbolçulardan Tarik Tissaudali, Vadis Ocica, Matiss Samuaz, Nurio Fortuna və Endryü Hülsagerin də Ağdam klubu ilə Bakıdakı ilk matçda iştirakları sual altındadır.

Zədəsini sağaldan Gift Orban isə komandaya qoşulub.

Vanhazebruk bunu da bildirib ki, heyətdəki itkilərə görə klubun U-21 komandasından bir neçə oyunçunu əsas komandaya cəlb edəcək.

Qeyd edək ki, "Qarabağ"la "Gent" arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 1 həftə sonra Gentdə olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31